Qlobal iqlim görünməmiş qeyri-sabitlik mərhələsinə daxil olub, belə ki, istixana qazlarının konsentrasiyası rekord səviyyəyə çatıb, okeanlar sürətlə isinməyə davam edir, buz örtükləri isə sürətli templə azalır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 23 mart – Ümumdünya Meteorologiya Günü münasibətilə dərc olunan yeni hesabatında bildirilir.

Hesabata əsasən, 2015–2025-ci illər müşahidələr tarixində ən isti 11 il olub, 2025-ci il isə hava temperaturuna görə ikinci və ya üçüncü yeri tutacağı gözlənilir. Ötən il temperatur 1850–1900-cü illərin sənaye dövrünəqədərki səviyyədən təxminən 1,43 dərəcə Selsi yüksək olub.

“Əsas iqlim göstəricilərinin hər biri təhlükə siqnalı verir, – deyə BMT-nin Baş katibi Antonio Quterreş bildirib və əlavə edib ki, tarix ardıcıl on bir dəfə təkrarlanırsa, bu, artıq təsadüf deyil, hərəkət etməyə çağırışdır”.

İstiliyin 91 faizindən çoxunu udan dünya okeanı isinmə üzrə yeni rekord səviyyəyə çatıb. Son iyirmi ildə o, hər il bəşəriyyətin illik enerji istehlakının on səkkiz mislinə bərabər enerji toplayır. 2025-ci ildə okean səthinin demək olar ki, 90 faizi ən azı bir dəfə dəniz istilik dalğasına məruz qalıb.

Buz örtükləri sürətlə azalmaqda davam edir. Belə ki, 2025-ci ildə Arktik dəniz buzu minimum və ya minimuma yaxın göstəricilərə çatıb, Antarktikada isə peyk müşahidələri tarixində üçüncü ən aşağı səviyyə qeydə alınıb. İslandiyada və Şimali Amerikanın Sakit okean sahilləri boyunca buzlaqların kütləvi şəkildə yoxa çıxması müşahidə olunub.

Dünya okeanının səviyyəsi yüksəlməkdə davam edir və artıq 1993-cü ildən, peyk ölçmələrinin başlandığı vaxtdan etibarən 11 santimetr artıb. Mütəxəssislərin vurğuladığı kimi, bu proseslər əsrlər boyu davam edəcək, okeanın dərin qatlarının temperaturu və turşuluğundakı dəyişikliklər isə minilliklər ərzində geri dönməz səviyyədə olacaq.

ÜMT ilk dəfə olaraq məruzəyə Yer kürəsinin enerji disbalansı göstəricisini, yəni daxil olan günəş enerjisi ilə çıxan istilik şüalanması arasındakı fərqi daxil edib. Bu disbalans müşahidələrin 65 illik dövrü ərzində maksimum səviyyəyə çatıb.

“İnsan fəaliyyəti təbii tarazlığı getdikcə daha çox pozur və biz bu halın nəticələri ilə yüzilliklər və minilliklər boyu yaşamalı olacağıq”, – deyə ÜMT-nin Baş katibi Seleste Saulo vurğulayıb.

2025-ci ildə baş verən ekstremal hava hadisələri – quraqlıqlar, fırtınalar, daşqınlar və meşə yanğınları minlərlə insanın ölümünə, milyonlarla insanın zərər çəkməsinə və milyardlarla iqtisadi itkilərə səbəb olub. Məruzədə həmçinin iqlimlə bağlı ərzaq təhlükəsizliyinin pisləşməsi, miqrasiyanın artması və əhalinin sağlamlıq vəziyyətinin ağırlaşması, o cümlədən denge qızdırmasının yayılması və istilik stresinin artması qeyd olunur.

“Hazırkı müharibələr dövründə iqlim sarsıntıları daha bir həqiqəti üzə çıxarır: fosil yanacaqlardan asılılığımız həm iqlimi, həm də qlobal təhlükəsizliyi sarsıdır. Bu gün dərc olunan məruzə xəbərdarlıq kimi qəbul edilməlidir: iqlim xaosu güclənir və bu problemin həlli üzrə işlərin uzadılması insan həyatı bahasına başa gələ bilər”, – deyə Antonio Quterreş bildirib.

Son xəbərlər

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031