Azərbaycanda dövlət qulluqçularının əməkhaqqı sistemində köklü islahatlara start verilir. Belə ki, qanunvericiliyə edilən son dəyişikliklərlə dövlət qulluqçularına verilən mükafat və əlavələr artıq əməkhaqqının baza hissəsinə daxil ediləcək. Bu yeniliyin dövlət qulluğunda çalışanların sosial rifahına və sistemin şəffaflığına necə təsir edəcəyi ictimaiyyət tərəfindən maraqla qarşılanır.

Mövzu ilə bağlı açıqlama verən “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, ƏƏSMN yanında İctimai Şuranın üzvü Sahib Məmmədov bildirdi ki, əvvəlki qaydalara əsasən dövlət qulluqçularının vəzifə üzrə maaş tərkibi əməkhaqqı, ona edilən əlavələr və mükafatlardan ibarət idi. Həmin əlavələr isə staja, dövlət səlahiyyətinə və digər meyarlara görə bir neçə yerə bölünərək ödənilirdi.

Ekspert vurğuladı ki, indi isə dövlət qulluğu haqqında qanuna edilən dəyişikliyə əsasən vahid və sabit əməkhaqqı sistemi yaradılır:

"Bu o deməkdir ki, əvvəlki qanuna görə mükafat ola da bilərdi, olmaya da bilərdi, kiməsə düşürdü, kiməsə düşmürdü, amma indi bu proses tam sabitləşir".

S.Məmmədov əlavə etdi ki, yeni sistemin ən müsbət tərəfi əvvəllər əlavələrə iddiası olmayan şəxslərin də əməkhaqqısının artmasıdır. Onun sözlərinə görə, tutaq ki, şəxs işə yeni qəbul olunub və stajı yoxdur, bu səbəbdən də əlavə vəsait almırdı. Lakin bundan sonra həmin şəxslər də işlədiyi dövlət qurumunun kateqoriyasından, ixtisas dərəcəsindən və vəzifəsindən asılı olaraq daha yüksək və sabit əməkhaqqı alacaqlar.

"Əməkhaqqı artımının sabitləşməsi həm də korrupsiyaya qarşı mübarizənin bir tərkib hissəsi kimi qiymətləndirilməlidir. Maaşlar stabilləşdikcə, korrupsiya göstəriciləri aşağı düşür. Bu baxımdan da bu addım mühüm bir tədbirdir", - deyə hüquq müdafiçisi qeyd etdi.

Sahib Məmmədovun sözlərinə görə, bu islahat həm də dövlət qulluğunda işləyənlərin ümumi əməkhaqqı fondunun həcmini proqnozlaşdırmağı asanlaşdıracaq ki, bu da dövlət orqanlarının işinin daha çevik təşkilinə gətirib çıxaracaq.

Ekspert bu metodun dünya praktikasında, o cümlədən Gürcüstanda, Şərqi Avropada, Baltikyanı ölkələrdə və Cənub-Şərqi Asiyada geniş yayıldığını, ölkəmizdə tətbiq edilməsinin isə yeni bir islahat modeli olduğunu bildirdi.

Son xəbərlər

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031