
Xəbərlər
18.03.2026, 15:45
Şahin Həmidi : Ata ocağı - FOTO
ŞAHİN HƏMİDİ
İlaxır şərşənbəniz mübarək əziz və dəyərli dostlarım, çərşənbə tonqalının başına dolana-dolana müqəddəs ata ocağım yadıma düşdü. Bu əziz bayram axşamında ata ocağı haqqında duyğularımı sizinlə bölüşürəm.
Ata ocağı
Baxıram qalanmış ocağın yanır,
Həyətin, bacanın gülür gözləri.
Tonqalın üzünə baxıb utanır,
Soyuq qış axıdır xəcalət təri.
Sözünü, sovunu müqəddəs sayıb,
Heyranam qaralmış ocaq daşına
Soyuğa, şaxtaya məhəl qoymayıb,
Süfrən adamları yığıb başına.
Eşqin ilahidi, bilmirəm nədi,
Dönmüsən mənimçün şəkrə, qəndə.
Qohumu qardaşı bəhanə edib,
Mən səni görməyə gəlirəm kəndə.
Sən elə yanırsan, elə yanırsan,
Közərir bir nəslin odu, çınqısı.
Gedirəm, ardımca elə baxırsan,
Düşür ürəyimə sevgi yanğısı.
Yan ata ocağı şaxtaları yar,
Yan, şair eşgimin xatirinə sən.
Qaynaya-qaynaya gümüş samovar
Dərsin nəfəsini çiyinlərindən.
Ömrümə-günümə dayaqdı zirvən,
Ömrümün-günümün de, nəyi pisdi.
Dünyada həmişə halallıq sevən
Suyun sərin olsun, çörəyin isti.
Həyətin, bacanın gülür gözləri.
Tonqalın üzünə baxıb utanır,
Soyuq qış axıdır xəcalət təri.
Sözünü, sovunu müqəddəs sayıb,
Heyranam qaralmış ocaq daşına
Soyuğa, şaxtaya məhəl qoymayıb,
Süfrən adamları yığıb başına.
Eşqin ilahidi, bilmirəm nədi,
Dönmüsən mənimçün şəkrə, qəndə.
Qohumu qardaşı bəhanə edib,
Mən səni görməyə gəlirəm kəndə.
Sən elə yanırsan, elə yanırsan,
Közərir bir nəslin odu, çınqısı.
Gedirəm, ardımca elə baxırsan,
Düşür ürəyimə sevgi yanğısı.
Yan ata ocağı şaxtaları yar,
Yan, şair eşgimin xatirinə sən.
Qaynaya-qaynaya gümüş samovar
Dərsin nəfəsini çiyinlərindən.
Ömrümə-günümə dayaqdı zirvən,
Ömrümün-günümün de, nəyi pisdi.
Dünyada həmişə halallıq sevən
Suyun sərin olsun, çörəyin isti.
17. 03. 2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













