Sumqayıt şəhərində fəaliyyət göstərən “Real” Tibb Mərkəzinin doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib.

"Unikal" "Bakupost"a istinadən xəbər verir ki, bu barədə pasiyent Yasəmən Əliyeva (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. Şikayətçi bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib:

“Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada verməli olduğumu demədi. Mən də gedib "İmplus"da verdim. Çünki qiymətlər daha münasibdir, "Real" klinikasında isə kəskin bahadır”.

Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:

“Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, “İmplus”un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən’”.

Y.Əliyeva bildirir ki, səhhətinin ağır olduğunu və yenidən analiz verməyə imkanının olmadığını desə də, həkim razılaşmayıb:

“İşləmirəm, yalnız yoldaşım işləyir. Xahiş etdim ki, bu dəfəlik baxsın, növbəti dəfə harada desə, orada verərəm. Amma mənə yazdı ki, baxan deyiləm, get “İmplus”dakı həkim sənə baxsın. Yazdım ki, bu halda pulumu qaytarın, ora gedim”.

Pasiyent deyir ki, bundan əvvəl həkimdən razı qalıb, ona görə də müalicəsini orada davam etdirmək istəyib. O, məsələ ilə bağlı klinikaya müraciət etsə də, nəticə əldə olunmayıb:

“Klinikadan yazdılar ki, o bizim baş həkimimizdir. Analizi başqa yerdə verdiyiniz üçün həkim sizə baxmaq istəmir. Dedilər ki, ödəniş də qaytarılmayacaq, çünki sizi dinləyib. Halbuki mən onun məni dinləməsi üçün pul ödəməmişdim. Mən pul vermişdim ki, dərdimə çarə tapsın. Baş həkim olsun, kim olur-olsun, mən də Azərbaycan vətəndaşıyam və mənə xidmət göstərilməyib”.

Məsələ ilə bağlı Cavid Allahverdiyev açıqlamasında hadisəni təsdiqləyib və özünü haqlı hesab etdiyini bildirib:

“Əvvəldən tanıdığım xəstədir. Yanıma gəlib, qəbul etmişəm, şikayətini dinləmişəm. Başqa müəssisədə analiz verdiyi üçün isə son müraciətində ona baxmamışam. Bu mənim haqqımdır. Bu qədər bəsit”.

Son xəbərlər

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031