Şair, pianoçu və prodüser Zəhra Bədəlbəyli də Avroviziya Mahnı Müsabiqəsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək fikirlərini bölüşüb.

"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, o bildirib ki, uzun illər bu mövzuda susmağa üstünlük versə də, artıq düşüncələrini gizlətməkdə çətinlik çəkir. Onun sözlərinə görə, məsələ təkcə şəxsi əməyinə görə deyil, həm də ölkəsinə olan sevgisi ilə bağlıdır.

“Mənim Azərbaycanım buna layiq deyil. ‘Avroviziya’ mahnı müsabiqəsini uşaqlıqdan sevmişəm. Sonralar isə həyat elə gətirdi ki, bu layihənin müxtəlif mərhələlərində iştirak etdim. Seçim turlarının təşkilindən tutmuş şair, münsif, tur menecer və rejissor kimi müxtəlif vəzifələrdə çalışmışam”, – deyə o qeyd edib.

Z.Bədəlbəyli müsabiqədə uğur qazanmaq üçün əsas amillərdən birinin güclü və peşəkar komanda olduğunu vurğulayıb. Onun fikrincə, ifaçının istedadı uğurun yalnız kiçik hissəsini təşkil edir.

“Komanda çox vacibdir. Peşəkar komanda və ona rəhbərlik edən peşəkar insan olmayanda nəticə əldə etmək çətin olur. İstedadlı ifaçı ümumi işin təxminən 10 faizidir. Yaxşı mahnı 30 faiz, səhnə quruluşu isə təxminən 20 faiz rol oynayır. Qalan 50 faiz isə hazırlıq prosesindən, konseptual yanaşmadan və detallara diqqətdən asılıdır”, – deyə prodüser bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycan çox istedadlı sənətçilərin ölkəsidir və belə ifaçıların mənfi reaksiyalarla üzləşməsi təəssüf doğurur.

“Xalqımız çox istedadlıdır. Bu ifaçıları niyə belə vəziyyətə salırıq? Niyə onlar bu qədər neqativ reaksiyalarla qarşılaşmalıdır? Niyə biz bu müsabiqənin adını çəkərkən peşmanlıq hissi keçirməliyik? Sadəcə təəssüf… O qədər zəhmətin nəticəsi bu olmamalı idi”, – deyə Z.Bədəlbəyli paylaşımında yazıb.

Xatırladaq ki, Z.Bədəlbəyli Azərbaycanın “Avroviziya 2008” mahnı müsabiqəsində səslənən və ölkəyə ilk böyük uğurlardan birini qazandıran “Day After Day” mahnısının söz müəlliflərindən biridir. Elnur Hüseynov və Samir Cavadzadə tərəfindən duet şəklində təqdim olunan mahnı həmin il Avroviziya finalında 8-ci yerə çıxmışdı.

Son xəbərlər

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031