Ödənişli avtomagistrallarda maksimum sürət həddinin müəyyənləşdirilməsi son oxunuşda qəbul edilib

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib.

Dəyişikliklə ödənişli avtomagistrallarda yol hərəkəti üçün maksimum sürət 130 km/saat müəyyən edilir.

Bundan başqa, avtomagistral anlayışının çərçivəsində dəyişiklik edilir.

Belə ki, bu Qanunla avtomagistral- bu qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq və digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur.

Yeni əlavə edilən anlayışla nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Həmçinin bu maddənin birinci hissəsinin 9-cu və 10-cu bəndlərinə uyğun olaraq mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayır. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılır.

Layihə səsvermədən sonra üçüncü oxunuşda qəbul edilib.

Son xəbərlər

Sabahdan Slovakiyaya “Drujba” kəməri ilə neft nəql olunacaq

Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib

Xəzər dənizində zəlzələ olub

Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Həftəsonu 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan Kuboku: İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək

BİZİM TƏQVİM:Aprelin 22-də baş vermiş tarixi hadisələr

Bakıda 17 istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Pentaqon Çinə qarşı təxminən 12 milyard dollar ayırmağı planlaşdırır

Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı

SEPAH həmin ölkələri hədələdi

Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb

Qorbaçov və Reyqanın görüşdüyü villa milyonlarla dollara satıldı (FOTO)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Sezon finalı tarixi açıqlandı

Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb

700 minə yaxın şəxsə minimum əməkhaqqı artımı şamil olunub

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək

Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930