Birinci vitse-prezident Mehriban Əliyevanın Emin Hüseynova: “Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?” - sualı geniş rezonans doğurmaqla yanaşı, 10 il bundan əvvəl baş vermiş hadisələrin indiyə kimi açıqlanmayan təfərrüatlarına ictimai tələbat olduğunu aydın göstərdi.

Qeyd edilmişdi ki, 2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd göstərir. Ancaq səfirlik Sülh Korpusunun təmsilçisi Sarah Polsvordla formal nikahda olan Eminin xahişinə müsbət cavab vermir.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı yeni təfərrüatlar ondan ibarətdir ki, amerikalılar Emini öz səfirliklərində saxlamağa risk etməyiblər və bu məqsədlə əvvəlcə Polşanın Azərbaycandakı səfirliyindən istifadə etməyə çalışıblar.

Lakin polyaklar bu avantüraya getməyiblər.

Sonra başqa variantlar axtaran amerikalılar nəticədə seçimlərini İsveçrənin Azərbaycandakı səfirliyinin üzərində saxlayıblar.

Səfirliyə tapşırıq birbaşa Berndən gəlib. Səfir Paskal Obişer o zaman məzuniyyətdə olsa da, bundan imtina etməyə cəsarəti çatmayıb.

Məlumata görə, Emin xarici görkəmini tam dəyişib, saçını rəngləyib, qadın paltarı geyinib. O, hətta, adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxıb.

Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı qadın libasında olan və ingiliscə danışan Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürüb və o, səfirliyə daxil olmağı bacarıb.

Artıq səfirliyə daxil olandan sonra ona binanın 3-cü mərtəbəsində otaq veriblər. Avropa oyunları başlayana qədər elə həmin otaqda da qalıb.

Məlumata görə, onun yeməyi-içməyi yüksək səviyyədə təşkil olunub, hətta çörək belə “Brothause”dan alınıb.

Bundan başqa, Emin üçün hər gün bazarlıq edilib, o, hər şeylə təmin olunub. İş o yerə çatıb ki, Eminə görə İsveçrədən bir neçə nəfər mühafizəçi də gətiriblər. Amma təkcə mühafizəçi yox, onun fizioloji tələbatlarını ödəmək üçün İsveçrədən qız belə gətiriblər.

Dərmanlar əvvəl ancaq alman aptekindən alınıb, amma sonra İsveçrədən gətirilib. Kənardan yemək sifariş olunmayıb, Eminin yeməyi elə səfirlikdə bişirilib.

İsveçrəlilər həmin vaxt Almaniyada olan arvadı Sara Polsvordla telefon danışıqlarını təşkil ediblər.

Yekunda İsveçrə hökuməti Eminin təxminən 200.000 AZN məbləğində vergi borcunu ödəyib. Emin isə Azərbaycan vətəndaşlığından imtina edərək İsveçrə hökuməti qarşısında öhdəlik götürüb ki, siyasi fəaliyyətlə məşğul olmayacaq.

Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatının müşayiəti ilə bu ölkəyə uçur.

Bir müddət sonra isə İsveçrənin səfiri Paskal Obişeri Belarusa müvəqqəti işlər vəkili göndərilir.

Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031