Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) qlobal rəqabətdə geri qalmaması üçün ortaq Avropa borc mexanizminin yaradılması təşəbbüsünü yenidən gündəmə gətirib. O hesab edir ki, ABŞ və Çinlə rəqabət qabiliyyətini qorumağın yeganə yolu strateji investisiyalar üçün ümumi borclanma mexanizminə keçməkdir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Belçikanın Antverpen şəhərində keçirilən Avropa Sənaye Sammitində çıxış edən dövlət başçısı Avropa ölkələrinin birgə maliyyə alətindən istifadə etməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müdafiə və kosmik təhlükəsizlik, təmiz texnologiyalar, süni intellekt və kvant texnologiyaları kimi sahələrdə kifayət qədər investisiya yatırmaq üçün ortaq borc emissiyası qaçılmazdır.

“Əgər biz müdafiə və kosmik təhlükəsizlik, təmiz texnologiyalar, süni intellekt və kvant sahələrinə yetərli sərmayə qoymaq, məhsuldarlığımızı və rəqabət qabiliyyətimizi artırmaq istəyiriksə, yeganə həll yolu ümumi borc buraxılışıdır”, – deyə Makron sənaye nümayəndələri qarşısında bildirib.

Prezident sosial media platforması X-də paylaşdığı mesajda daha sərt xəbərdarlıq edib: “Əgər Avropa uyğunlaşmasa və strateji müstəqilliyini sürətləndirməsə, rəqiblərinin tənzimləmə bazarına çevriləcək”. Onun fikrincə, bu ssenarinin qarşısını almaq üçün Aİ daxili bazarını daha çevik və vahid etməli, sənaye üçün mövcud qaydaları sadələşdirməlidir.

Makron, həmçinin Avropanın dəyər zəncirlərini qorumaq üçün tərəfdaşlıqları şaxələndirməyə və “Avropada istehsal” prinsipini gücləndirməyə çağırıb. O, “Avropa üstünlüyü” yanaşmasının strateji sektorlarda açıq şəkildə tətbiq olunmasının vacibliyini vurğulayıb.

Fransa lideri gələcəyin gücünü müəyyən edəcək sahələrə – kvant texnologiyaları, süni intellekt, yaşıl texnologiyalar və müdafiə sənayesinə – birlikdə və genişmiqyaslı sərmayə qoyulmasının zəruri olduğunu qeyd edib. “Daha sürətli. Daha güclü. Daha avropalı”, – deyə Emmanuel Makron çıxışını yekunlaşdırıb.

Makron uzun illərdir Aİ-nin strateji muxtariyyətinin gücləndirilməsini və beynəlxalq rəqabət fonunda əsas sənaye və texnoloji sahələrin ortaq maliyyələşdirilməsini müdafiə edir. Onun fikrincə, qlobal iqtisadi balansın dəyişdiyi bir dövrdə Avropa yalnız birlik və ortaq maliyyə alətləri vasitəsilə öz mövqeyini qoruya bilər.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930