
Xəbərlər
3.02.2026, 05:01
GƏNCLİYİM - FOTO
GƏNCLƏR GÜNÛNÜZ MÜBARƏK OLSUN..
Yaddaşı var çox ulu,
Qoynu həsrət qoxulu,
Gözündən qəm süzülən,
Xatirəsi yuxulu,
Gəncliyim.
Gül ömrumün zəriydi,
Bir utancaq pəriydi,
Saxlaya bilmədim ki!
Əllərimdə əridi,
Gəncliyim.
Bulaqtək axıb getdi,
Şimşəktək çaxıb getdi,
Qoşulub bu payıza,
Qəlbimi yaxıb getdi,
Gəncliyim.
Gül-çiçəkli bir koldu,
Bilməm niyə tez soldu.
Bənövşəli günlərin,
Ömrü üç aylıq oldu,
Gəncliyim.
Qoynu həsrət qoxulu,
Gözündən qəm süzülən,
Xatirəsi yuxulu,
Gəncliyim.
Gül ömrumün zəriydi,
Bir utancaq pəriydi,
Saxlaya bilmədim ki!
Əllərimdə əridi,
Gəncliyim.
Bulaqtək axıb getdi,
Şimşəktək çaxıb getdi,
Qoşulub bu payıza,
Qəlbimi yaxıb getdi,
Gəncliyim.
Gül-çiçəkli bir koldu,
Bilməm niyə tez soldu.
Bənövşəli günlərin,
Ömrü üç aylıq oldu,
Gəncliyim.
Əzizə Ağahüseynqızı
02.02.2026
02.02.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














