Xəbərlər
3.02.2026, 02:26
“Qızıl top”un sahibi Benzema “Əl-Hilal” klubuna keçib
Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.
Benzema 2023–2025-ci illərdə “Əl-İttihad”da çıxış edib və Səudiyyə Ərəbistanı çempionu olub. Yanvarın 29-da “L’Equipe” qəzeti futbolçunun maaşın azaldılması səbəbindən klubla yollarını ayırdığını yazıb.
Karyerası ərzində “Lion” və “Real Madrid”də çıxış edən Benzema 2022-ci ildə “Qızıl top” mükafatını qazanıb. O, Fransa millisinin heyətində 97 oyunda 37 qol vurub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay