Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam mərkəzinin təşkilatçılığı ilə “Sazın səsi, sözün nəfəsi” adlı aşıqlardan ibarət konsert proqramı təşkil olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistan Mədəniyyət elçisi Sahib Paşazadə konsertin “Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində ilk tədbir olduğunu deyib.

O bildirib ki, layihə il boyunca ayda bir dəfə təşkil edilməklə davam edəcək. Layihənin məqsədi Azərbaycan aşıq mədəniyyətinin əsas sütunlarını - klassik aşıq sənətini, poetik forma, musiqi ifaçılığı və ustad-şəyird ənənəsini tamaşaçıya səhnə formatında təqdim etməkdir.

Layihə həm maarifləndirici, həm də bədii-estetik xarakteri daşıyır.

"Əsas məqsədimiz Azərbaycan klassik aşıq sənətinin tarixi dəyərini geniş auditoriyaya çatdırmaqdır. Ustad aşıqların yaradıcılığını təbliğ etmək, gənc aşıqların çıxışına meydan yaratmaq, folklor irsinin müasir səhnədə yeni tərzdə təqdim etməkdir", - deyə S.Paşazadə deyib.

Professor Asif Rüstəmli bildirib ki, bu cür layihələrin həyata keçirilməsi olduqca vacib məsələlərdəndir. Aşıq Ədalət təkcə saz çalmırdı, o, həm də sazı bir mədəniyyət hadisəsi kimi təqdim edir, onu dinləyiciyə sevdirir, sazın səsini milli yaddaşın, mənəvi varlığın daşıyıcısına çevirirdi.

Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, aşıqşünas İlhamə Qəsəbova diqqətə çatdırıb ki, konsert proqramı “Sazın dörd üzü” konsepsiyası üzərində qurulur. Bu konsepsiya klassik aşıq sənətinin dörd əsas müstəvisini göstərir: Saz - müqəddəs və ritual simvol, saz - söz poeziyanın daşıyıcısı, saz - dastan tarixi yaddaşın qoruyucusu və saz - məclis, ünsiyyət və sosial birlik vasitəsi kimi.

Onun sözlərinə görə, saz məclis mədəniyyətində insanları bir araya gətirən, paylaşım və canlı ünsiyyət yaradan sənət nümunəsidir.

Daha sonra konsert proqramında klassik aşıq havaları səsləndirilib. Aşıq Çingiz Mehdipur, Aşıq İlham Aslanbəyli, Aşıq Şaiq İncəli, Aşıq Nazim Quliyev, Aşıq Elməddin Məmmədli, Aşıq Nargilə Mehdiyeva, Aşıq Eldar Bağırov, Aşıq Əli Zeynalabdinov və Aşıq Vüqar Kamandaroğlu klassik aşıq havaları təqdim ediblər.

Sonda aşıqlardan ibarət xor ifa edib.


Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930