Xəbərlər
30.01.2026, 00:09
ZEYNƏB BƏHMƏNLİNİN (yuxuma güllə dəyib) Seçmələr kitabından şeirlər...
ZEYNƏB BƏHMƏNLİ
MÜƏLLİM
Tutub əlimizdən “Ana”sözünü,
Yazdırıb öyrətdin bizə,müəllim.
Haqqı,həqiqəti,sözün düzünü,
Öyrədən sən oldun,bizə,müəllim!
Vətənim üzükdü,sən nadir qaşı,
Vüqarlı dağlartək ucadır başın.
Könüllər ünvanın,bilinməz yaşın,
Sığmayır qüdrətin sözə,müəllim!
Dəryasan,mənbəyin çeşmə bulaqlar,
Şərəfin,şöhrətin,əqlin,zəkan var.
Dünyanın elmindən sənsən xəbərdar,
Gəlməyin sizləri gözə,müəllim!
Adının mənası dəryadan dərin,
Aqillər içində vardır öz yerin.
Qönçələr açdıqca xoş əməllərin,
Zeynəb nəğmə qoşar sizə,müəllim!
Yazdırıb öyrətdin bizə,müəllim.
Haqqı,həqiqəti,sözün düzünü,
Öyrədən sən oldun,bizə,müəllim!
Vətənim üzükdü,sən nadir qaşı,
Vüqarlı dağlartək ucadır başın.
Könüllər ünvanın,bilinməz yaşın,
Sığmayır qüdrətin sözə,müəllim!
Dəryasan,mənbəyin çeşmə bulaqlar,
Şərəfin,şöhrətin,əqlin,zəkan var.
Dünyanın elmindən sənsən xəbərdar,
Gəlməyin sizləri gözə,müəllim!
Adının mənası dəryadan dərin,
Aqillər içində vardır öz yerin.
Qönçələr açdıqca xoş əməllərin,
Zeynəb nəğmə qoşar sizə,müəllim!
HARA GEDİRSƏN?
İzin ver,bir sorum,bu təlaş nədir?
Küsüb getməyində bir bəhanədir?
Nazımı çəkən bir könül aradım,
Duymadın,mən dərdlə baş-başa qaldım,
Məni tənha qoyub,hara gedirsən?
Getməklə sən,nəyi dəyişəcəksən?
Günah tərəzində nə çəkəcəksən?
Könlünə dərd əkib,qəm biçəcəksən,
Getsən bil ki,məni itirəcəksən,
Məni tənha qoyub, hara gedirsən?
Könlümə gözümdən şikayətim var,
Bir əbədi sevgi hekayətim var.
İçimdə qocalan məhəbbətim var,
Özümün-özümdən şikayətim var,
Halımı görürsən,hara gedirsən?
Könlümü qanadan dərd yorulmadı,
Hicran acısından eşq qocalmadı.
Çəkdiyim əzaba göz inanmadı,
Dilim də susdu,söz deyəmmədi,
Zeynəb,dərd əlindən hara gedirsən?
Küsüb getməyində bir bəhanədir?
Nazımı çəkən bir könül aradım,
Duymadın,mən dərdlə baş-başa qaldım,
Məni tənha qoyub,hara gedirsən?
Getməklə sən,nəyi dəyişəcəksən?
Günah tərəzində nə çəkəcəksən?
Könlünə dərd əkib,qəm biçəcəksən,
Getsən bil ki,məni itirəcəksən,
Məni tənha qoyub, hara gedirsən?
Könlümə gözümdən şikayətim var,
Bir əbədi sevgi hekayətim var.
İçimdə qocalan məhəbbətim var,
Özümün-özümdən şikayətim var,
Halımı görürsən,hara gedirsən?
Könlümü qanadan dərd yorulmadı,
Hicran acısından eşq qocalmadı.
Çəkdiyim əzaba göz inanmadı,
Dilim də susdu,söz deyəmmədi,
Zeynəb,dərd əlindən hara gedirsən?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










