Xəbərlər
11.11.2024, 19:45
Bəhruz Məmmədov : Gör bir hara gəlib çıxdıq, minnət hara, Bəhruz hara?
Çoxdan ayrı yol gedirik, millət hara, Bəhruz hara?
Ətrafıma nur ələnir, zülmət hara, Bəhruz hara?
Ad qoyanım yaxşı bilib, rast gələnə xoş günəm mən,
Lazım deyil rüşvətiniz, hörmət hara, Bəhruz hara?
Yaşadığım ömür-günün bir dənəsi mənim deyil,
Paylamışam dosta-yada, sərvət hara, Bəhruz hara?
Ayıb bilib libasımın təzəsini geyməmişəm,
Yoxsul, fəqir qabağında zinnət hara, Bəhruz hara?
Yolum hələ körpəlikdən kədər ilə çəkilibdi,
Sanırlar ki, kef əhliyəm, ləzzət hara, Bəhruz hara?
Paxılların gözlərinə batıb qaldım tikan kimi,
Anlamazlar bircə yolluq şöhrət hara, Bəhruz hara?
Bu minvalla yaşayışım dönüb daha cəhənnəmə,
Bilirəm ki, bundan sonra cənnət hara, Bəhruz hara?
Nəğmə deyən dilim indi meyl eyləyib ahu-zara,
Gör bir hara gəlib çıxdıq, minnət hara, Bəhruz hara?

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay