“Yolumda bir qaradaşsan,uzun yol gəlib yorulan yol adamıyam . Taqətim tükənib,zamanım gedir,mənzil başına çatmağa. Uzaqdan buludlar qaralıb,başıma qara yağış yağacaq,bürünməyə bürüncəyim yoxdur.Mən tələsirəm,sənsə !
Sənin ,heç nə vecinə deyil,nə kiminsə, yolunu kəsdiyin, kiminsə,son ümidini.
Rəbbim ,məni də ,o qaradaş kimi ,daş yaradaydın,bəxtimi yeyin edəydin,qəlbimi daş yaradaydın !
Sabir Hacı, yaradan bölgünü belə bölüb,ona daş qəlb bəxş edib, sənə daş dözüm verib,inam verib,ümid verib. Rəbbim,yaratdığı bəndəsinə nə versə, DAĞINA BAXIB verir, Bağına, baxıb, verir !

HEÇ OLMASA
Heç olmasa, bir Salam yazın !
Yazını, Rəbbim yazıb ,salamımı da sən yaz,onsuz da ,nə yazsan az yazacaqsan, mərhəməti yada edirsən,mənə zülmü, ya da ,daş qəlbini verirsən . Heç olmasa, təbəssüm et, ümidim olsun,heç bu olmasa ,heç olmayım,yox olmayım !
Nə gözəl bəxtim var,bəxtimin də bəxti var, bəxtəvər günlərimin şahidi də var ,heç olmasa !
Bilirəm,ağırlığam səninçün. Mənimçün bir ümidsən, bir işıqsan, gələcəksən,heç olmasa !
Sabir Hacı ,bəxt yazılanda, payına ən əzizi düşüb, dəyərlisi,gərəklisi .
Rəbbimin adamıdır,
Adamın Rəbbidir ,
heç olmasa !
Yatdın,Blinçik !

Axı sən yatan deyilsən, hamıyla asan yola gedənsən,qurbanın olum,nə sözüm dəydi xətrinə,mənimlə yola getmirsən ?
Mən sənin üçün köhnə adamam, köhnəlməmişəm,
hələ təzəyəm,qəlbim də təzədir,yaram da təzə,qurbanın olum, küsmə məndən !
Rəbbim, onsuz da, küsdürüb məni,bəxtimi tezləşdirib məni küsdürüb, qurbanın olum,barı sən küsdürmə !
Uzun yol gedərdik,qəlbimizi intizarda qoymazdıq, gözümüz yol çəkərdi,qəlbimiz dərd çəkməzdi,qurbanın olum,sənə qurban olum,barı sən dərd çəkmə !
Sabir Hacı dərdini çəksin,qadanı alsın,dərdini çəksin,gözünə qurban olum,elə durma,axı sən zalım,qəddar deyilsən !
Rəbbim mənə qəddarlıq etdi, qəddarlıq etdi,səni küsdürdü məndən, məndən küsürdü, məndən, məndən !
**********
ŞİPŞİRİN
Sən ,hə ,sən-sən, dilini bal kəsib,şirinliyi sən - sən . Nə olar,şirin olanda,lap şipşirin olanda,bir az duz qat,şirinliyinə,qoy kəm şirin olsun !
Nə istəyirsən, şipşirin, bundan da şipşirin olmaq olarmı ?
Olarmı,bir az,bir çimdik, şipşirindən kəmə verəsən,bəmənirabərləşək,sən də şirin ol,mən də ,şirin olum !
Sabi Hacı bu dünyadan tam doyub,tamarzıdır,
yalnız mərhəmətinə, mərhəmətinə,mərfətinə,
insafına , nə olar,qırma, məni, qırma,qırma !
Sabir Hacıoğlu-Başlıbelli

***
DÖN, ARADA BU YANA BAX!
...Açığı, bu ürək çırpıntılarını eşidib, dönüb baxdım! Mənə elə gəldi ki, bir səs məni haraylayır:"Dön, bəri bax"! Nə vaxtsa, mən özüm kiməsə, bəlkə elə, Sabir müəllim, Sizə demişdim bu sözləri.
Bu başlıq altında bir gəraylı da haraylanmışdı dilimdən. Xəyalımda dumana-çənə düşüb, tapsam, sizi səsləyəcək!
Gözlərimi yolda qoyan,
Dön, arada bu yana bax.
Məni məndən yaxşı duyan,
Dön, arada bu yana bax.

Əlim qalıb gözüm üstə,
Dirsəklənib dizim üstə.
Qoyma qalım üzüm üstə,
Dön, arada bu yana bax.

Sən xəyalsan, ya həqiqət,
Qoyma yıxsın bizi möhnət.
Səndə tapdım saf sədaqət,
Dön, arada bu yana bax.

Sən arzusan, diləkmisən,
Göydən enən mələkmisən?!
Duyğularla siləymisən,
Dön, arada bu yana bax!

Hicran uzatmasın əlin,
Qəm duymasın gözün, könlün.
Yanma, soyuyacaq külün,
Dön, arada bu yana bax.

Nə vaxtdır ki, gəlmir səsin,
Bülbül ilə eylə bəhsin.
Deyiləmmi doğma kəsin,
Dön, arada bu yana bax?

Qalıb vallah gözüm yolda,
Olaram sadağa qul da.
Qoyma məni gəl bu halda,
Dön, arada bu yana bax...


Hə, tova, yəqin elə Sizə demişəm ki, dön, arada bu yana bax! Çünki Siz buralarda olmayanda, buraların dadı-tamı olmur. Axı, müəllimlər müəllimisiniz, Sabir Hacıoğlu!
Sabir müəllim! Sizin poetik qəlbinizin nəyləsə ovutmaq asan olmadığını indi düşündüm. Bu harayınızı göz yaşlarımla, ürək döyüntülərimlə oxudum. Əlimdə bir yazını yarımçıq qoyub, Sizin haraylarınızı dinlədim, həm də kövrək duyğularla baş-başa qaldığım bir anda. Sizi duymaq, Sizi anlamaq, Sizin yanınızda olmaq o qədər də asan deyil. Sizin qəlbiniz elə bir yazılmamış və oxunmamış kitabdır ki, illərdir onu vərəqləsəm də, oxusam da, fikrimi cəmləşdirib, haqqınızda iki-üç kəlmə yaza bilmədim.
Amma bu dəfə, “dilimin qıfılını açdınız” - Sabir Hacıoğlu olduğunuzu anlatdınız və bəlkə də elə üzünüzü mənə tutub, Haqqdan gələn nifrinlərinizi oxutdunuz!
Kaş, Sizi hər kəs sizin düşündüyünüz və umduğunuz qədər anlayaydı. Sizin müəllim ömrünüzün illərinin o tayında qalanlara ayna tutmaq mənə çətindir. Siz elə bir acı həyat dərsi keçmisiniz ki, nə danışa bilirsiz, nə də susa. Bu, daha dəhşətdir!
Siz insanlara ADAMLIQ DƏRSİ keçirsiniz!
Anlayanların xoş halına! Anlamayanlar anlamazlıqları ilə baş-başa qalsalar yaxşıdır.
Umu-küsünüzə can qurban! Siz bal kimi kəlmələrinizlə bizə ballı ömrümüzü anladırsınız! Sizin həm elegiya, həm mənzum şeir, həm də monoloq kimi yazdığınız fəlsəfi düşüncələrinizlə bizim kimliyimizi bir daha bizə anlatdınız!
Sabir müəllim!
Siz nəinki kəlbəcərlilərin, son 30 ildə Bakıda dərs keçdiyiniz bütün balaların babasısınız, üzülməyin!
Sizin balla başlayan kəlmələriniz bəzilərinə ZƏHƏR olmalıdır, çünki bunları Siz yazana qədər anlamayıblar! Siz həyat uğrunda mübarizə dərsini keçirsiniz bizə. Bəzilərimiz bundan ibrət götürməli və yaxın-uzaq qohumları, dostları unutmamalıyıq. Bu gün varıq-sabah yox!
Sabir müəllimin səsi çıxmayan
“LAL HARAY”ı beynimdə fırtına yaradıb!
Tərtər kimi coşub-daşmaq elə Tərtərinin illərlə həsrətini çəkən kəlbəcərlilərə məxsus olardı! Bunu da siz təsdiqlədiniz!
Mən gözü yaşlı bir müdrikin dilindən çıxan bu məsum cümlələrin necə ipə-sapa düzülməsinə heyran qalmışam. İllərdir ki, bizi Siz təqdim eləmisiniz, həm də sevginizlə, dəyişməyən, bozarmayan məhəbbətinizlə. Siz uşaqdan-böyüyə hər birimizin böyüyünə çevrilmisiniz! Biz sizlərdən öyrənəcəyimiz bax belə fikirlərinizin tamarzısıyıq! Siz yazın! Sizə yazmaq yaraşır! Siz neçə-neçə könüllərdə yuva qurmusunuz, bunu bilməyiniz vacibdir!
Siz uşaq kimi yeriməyi, yüyürməyi, böyük kimi böyüklük göstərməyi öyrətmisiniz! İki ayaq üstündə dayanmaq üçün bəzən özünüzə kimlərisə arxa-dayaq eləmədiniz, dəmir dayaqları aldınız əlinizə!
Xəstəxanada yan yerə verəndə də mübarizliyinizi, hər cür ağrıya-azara qalib gələcəyinizi sübut etdiniz!
Sizi yoluxmağı unudanlara bu da bir DƏRS olsun, əziz müəllimimiz! Yaşından asılı olmayaraq hər kəs (bu sətirlərin müəllifi də başda olmaqla) sizdən həyat dərsi alan uşaqlarıq! Danlayın, tənbeh edin ki, bir-birimizə simsar olmaqdan uzaq düşməyək!
Hörmətlə:
Məhəmməd Nərimanoğlu,
Bakı, 28 yanvar 2026-cı il.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930