Azərbaycanın Küveytdəki səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə Küveytdə yaşayan və təhsil alan Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfir Emil Kərimov bildirib ki, keçmiş SSRİ-nin süqutu ərəfəsində erməni millətçilərinin ölkəmizə qarşı torpaq iddiaları, ekoloji terror aktları və digər təxribatçı addımları Azərbaycan xalqının haqlı narazılığına və kütləvi etirazlarına səbəb olub.

Səfir vurğulayıb ki, 1987–1988-ci illərdə Ermənistandan 250 mindən çox azərbaycanlı zorla deportasiya edilib və bu, azərbaycanlıların bir əsr ərzində dördüncü dəfə məruz qaldığı kütləvi etnik təmizləmə siyasətinin növbəti təzahürü olub. Həmin dövrdə sovet rəhbərliyi isə adekvat tədbirlər görmək əvəzinə erməni separatçılarına dəstək göstərib.

E.Kərimov 20 Yanvar qətliamının nəticələrindən danışaraq bildirib ki, sovet ordusunun qanunsuz hərbi əməliyyatı nəticəsində 147 nəfər həlak olmuş, 744 nəfər ağır yaralanmış, 4 nəfər isə itkin düşüb. Həlak olanlar arasında qadınlar, uşaqlar və yaşlılar da olub.

Səfir 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Moskvada SSRİ rəhbərliyini sərt şəkildə ittiham etdiyini xatırladaraq, bunun informasiya blokadasının yarılmasına və azərbaycanlıların inamının güclənməsinə töhfə verdiyini qeyd edib.

O həmçinin 20 Yanvar şəhidlərinin ailələrinə göstərilən diqqət və sosial müdafiə tədbirlərindən danışıb. Səfir vurğulayıb ki, Azərbaycan xalqı bu faciəni heç zaman unutmayacaq və Vətən uğrunda canını fəda etmiş şəhidlər tarixdə əbədi iz qoyublar.

Tədbirdə Küveyt Universitetində təhsil alan azərbaycanlı tələbə Nərmin Abbasova da çıxış edərək 20 Yanvar faciəsinin xalqın iradəsini sındıra bilmədiyini, əksinə, milli mübarizə ruhunu gücləndirdiyini, həmçinin 2020-ci ildə qazandığımız Zəfərin 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığını dünyaya nümayiş etdirdiyini bildirib.

Tədbirin sonunda “Tarixin izi ilə – 20 Yanvar” adlı sənədli film nümayiş olunub. Zalda fotostend quraşdırılıb, müxtəlif dövrlərdə səfirliyin dəstəyi ilə ərəb dilində nəşr edilmiş təbliğat materialları iştirakçılara təqdim edilib. Eyni zamanda, 20 Yanvar faciəsi barədə məlumatlar səfirliyin və yerli ərəbdilli elektron xəbər portallarının sosial şəbəkələrində geniş işıqlandırılıb.




Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031