Firdovsi Umudov: “Biz yağış kimi yağan mərmilər altında məşqlərimizi davam etdirirdik”




“Son aylar dünyanın başağrısına çevrilmiş koronavirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməyib. Amma ümidverici məqam odur ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyətli dəstəyi və qərarları sayəsində ölkəmizdə preventiv tədbirlər görüldü. Pandemiyanın təsir göstərə biləcəyi sahələr ciddi nəzarətə götürüldü. Məhz onun nəticəsidir ki, bu gün ölkəmizdə pandemiya geniş vüsət ala bilmədi”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov “Facebook” hesabında bildirib. O qeyd edib ki, cənab Ali Baş Komandan və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva dəfələrlə xalqımıza müraciət etdilər, nümunələr göstərdilər:

“Cənab Prezidentin göstərişlərinə əsasən, ölkəmizdə modul tipli xəstəxanalar istifadəyə verildi. Sərt karantin rejimi tətbiq olundu. Bu müddət ərzində insanlara zəruri maddi və mənəvi yardımlar göstərildi. Heç kimə sirr deyil ki, bütün bunlar məhz xalqın sağlamlığının qorunması üçündür.

Çünki əhalinin sağlamlığının qorunması prioritet məsələdir. Bundan başqa, cənab Prezidentimiz və Birinci vitse-prezidentimiz qapalı məkanlarda maska taxaraq, insanlara örnək, nümunə oldular. İnsanlar üçün bir etalona çevrildilər. Əhaliyə maska taxmaq, məsafə saxlamaq və gigiyena qaydalarına əməl etməklə bağlı mühüm çağırışlar etdilər, tövsiyələr verdilər. İnsanlar üçün yeni bir həyat kredosunun cığırını açdılar. Yeni yaşam tərzinin qaydalarını izah etdilər. Sözsüz ki, bütün bu tövsiyə və çağırışlar öz müsbət effektini verdi, verir və verməkdədir.

Doğrudur, dünyanı cənginə alan bu gözəgörünməz düşmənlə mübarizə zamanı bəzi yarıtmaz qüvvələr sosial platforma üzərindən cəmiyyətdə ajiotaj yaradan dezinformasiyalar tirajlayıb, cəmiyyəti təşvişə salmaq istəyirdilər. Lakin bu baş tutmadı. Ona görə ki, ölkə başçısı və Birinci vitse-prezidentin daim xalqın yanında olması, daim xalqın səsinə səs verməsi, daim xalqa dəstək ifadə etməsi bütün bu təhdidlərin qarşısını aldı. Artıq insanlar üzərlərində ölkə rəhbərliyinin dəstəyini, qətiyyətini, polad iradəsini gördülər. Xalq öz liderinə inandı, güvəndi və etimad göstərdi. Axı “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” ifadəsi təsadüfən seçilmiş epizodik ifadə deyil. Bu, reallıqla çulğalaşan bir deyimdir. Məhz bu inam və etimadın göstəricisidir ki, bu gün bütün rayonlarımızdan Prezidentə təşəkkür məktubları gəlir”.

F.Umudovun sözlərinə görə, pandemiya ölkəmizə yenicə ayaq açanda ölkə başçısı “Biz birlikdə güclüyük” ifadəsini işlətdi və qısa bir zamanda bu ifadə ölkədə sloqana, trendə, şüara çevrildi:

“Əlbəttə, Azərbaycanın idman ictimaiyyəti də bu şüardan kənarda qala bilməzdi, qalmadı da... Bütün idmançılar “Biz birlikdə güclüyük” şüarını əsas tutaraq, ölkədə virusa qarşı aparılan mübarizəyə dəstəyini ifadə etdi. Evdə qaldıq, amma idmandan qalmadıq. Çünki biz əminik ki, ölkə rəhbərliyinin gördüyü kompleks işlərin sayəsində bu qara buludlar ölkəmizin başı üzərindən çəkiləcək və həyat öz axarına dönəcək. Yenə də biz idmançılar beynəlxalq arenalarda müstəqil və qüdrətli Azərbaycanımızın şanlı bayrağını möhtəşəm himnimizin sədası altında ucaldacağıq.

Heç kimə sirr deyil ki, bəşəriyyət belə fors-major hallarla çox üzləşib. İstər dünya müharibələri illərində, istərsə də Dağlıq Qarabağ münaqişəsi dövründə idman ictimaiyyəti bu cür fövqəlvəziyyətlərdən üzüağ çıxıb. 1990-cı illərin əvvəlləri Azərbaycanın odlu-alovlu, məşəqqətli bir tarixi idi. Məhz həmin dönəmdə biz idmançılar yağış kimi yağan mərmilər altında məşqlərimizi davam etdirirdik. Məqsəd isə bir idi: “Azərbaycanımızı dünyada tanıtmaq, bayrağımızı zirvələrə yüksəltmək”.

Lakin bunun üçün şərait yox idi. Biz heç beynəlxalq yarışlara qatıla bilmirdik. Amma ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan öz müstəqilliyini əldə etdi, möhkəmləndirdi. Respublikamızın memarı olan ümummilli liderin uzaqgörən və dəmir məntiqlə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın müstəqilliyi dönməz, sarsılmaz xarakter aldı. Bu sarsılmazlıq, dönməzlik və əbədilik bu gün cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada böyük nüfuz və imicə malik müstəqil, qüdrətli və sabit ölkəmiz var.

Azərbaycanın dünyada sabitlik adası kimi tanınması heç də təsadüfi deyil. Məhz bu sabitliyin, əmin-amanlığın nəticəsidir ki, Azərbaycan həm də bir idman ölkəsinə çevrilə bildi, nəhəng idman turnirlərinə ev sahibliyi edə bildi. Bunun da nəticəsində Avropaya, dünyaya çıxış əldə etdi. İndi dünya idman arenalarını Azərbaycansız təsəvvür etmək mümkün deyil. Məsələn, elə bu günlərdə Ümumdünya Güləş Birliyi (UWW) ilin sonunadək keçirilməsi planlaşdırılan dünya və Avropa çempionatlarının yeni təqvimini açıqladı.

Yeniyetmələr arasında Avropa çempionatının oktyabrın 5-dən 11-dək Polşada (şəhər bəlli deyil), gənclərin Avropa çempionatının oktyabrın 19-dan 25-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə, U-23 dünya çempionatının isə noyabrın 23-dən 29-dək Finlandiyanın Tampere şəhərində keçirilməsi planlaşdırılır. 23 yaşadək güləşçilərin dünya çempionatını təşkil etmək mümkün olmasa, həmin tarixlərdə bu yaş qrupu üzrə qitə birinciliyinin keçirilməsi nəzərdə tutulub.

UWW mövcud şəraiti nəzərə alaraq, gənclər və böyüklər arasında dünya çempionatının eyni məkanda baş tutmasını məqsədəuyğun sayır. Plana əsasən, gənclər arasında DÇ dekabrın 4-dən 10-dək, böyüklər arasında analoji yarış isə dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Əlbəttə, Azərbaycanın idman ictimaiyyəti böyük hünər və coşqu ilə bu yarışlara qatılıb, yüksək əyarlı medallar uğrunda mübarizə aparacaq. Ölkəmizə, xalqımıza qələbə, zəfər sevinci yaşadacaqlar.

Müstəqil Azərbaycanımıza, dövlətimizə, xalqımıza yalnız qələbə yaraşır. İnanıram ki, bir gün dünyanın ən nəhəng idman turnirləri Azərbaycanın ev sahibliyi ilə Dağlıq Qarabağda keçiriləcək! Tanrı müstəqil Azərbaycanımızı, uca xalqımızı və bu dövlətin, millətin qarantı olan Ali Baş Komandanımızı qorusun!”

Son xəbərlər

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir

Bakıda 92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Taha Akgül Firdovsi Umudovun qonağı oldu - Qonaqpərvərliyə görə Azərbaycana təşəkkür etdi

BİR QƏLƏMİM, BİR VARAĞİM, BİR DƏ MƏN... - FOTO

BMU-nun 22 məzunu dünyanın nüfuzlu ali təhsil müəssisələrində

Sonuncu vidalar,bu son gedişlər - FOTO

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Son 12 ildə readmissiya sazişləri çərçivəsində 3990 şəxs Azərbaycana geri qəbul edilib

"Politico": Zelenski ABŞ-ni Ukraynanın müharibədə qələbə qazana biləcəyinə inandırmağı bacarıb

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi bu gün medallar uğrunda görüşlərə çıxacaqlar

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Macarıstan pasportu dünyanın ən güclü pasportlarından biri seçilib

691 balla kifayətlənmədi, 700 bal topladı

İki güləşçimiz dünya çempionatının finalında - Fotolar

İranda müharibə zamanı ölən dövlət işçilərinin sayı açıqlandı

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031