
Xəbərlər
9.01.2026, 17:34
"Qalatasaray" - "Fənərbağça" oyununun başlama saatı dəyişdirilib

"Qalatasaray" və "Fənərbağça" arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun başlama saatı dəyişdirilib.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Yanvarın 10-da baş tutacaq qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
Qeyd edək ki, daha əvvəl matçın saat 21:30-da başlanması nəzərdə tutulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


