Elgiz Xəlil( Əhmədov)
ADPU-un filologiya fakültəsinin
Azərbaycan dili və ədəbiyyatı ixtisasının 4-cü kurs tələbəsi.


LAÇINIM


Ay ata, gəlmişəm doğma vətənə,
Düz demisən, cənnət imiş Laçınım.
Təbiəti minbir dərdə davadır
Gəzmək üçün fürsət imiş Laçınım.

Bulaqları sanki zəmzəm suyudur,
Qucağında oğulları uyudu.
İgid Nəbi, Koroğlular soyudur
Həqiqətən, dəhşət imiş Laçınım.

Həsəd aparırsan baxanda yurda,
MaşAllah igidlər döndülər qurda.
Şəhidlər, qazilər can qoyub burda,
Gör nə gözəl sərvət imiş Laçınım.

Elgiz gəldi, gördü vətən bağını
Keçirdi ömrünün şirin çağını.
Burda heç görməzsən acı, ağrını
Dizlərdəki taqət imiş Laçınım.


A DAĞLAR

Gəldim görüşünə doğma vətənin,
Gördüm əzəməti səndə, a dağlar.
Tarixdən, qədimdən, əzəldən olub,
Koroğlu qeyrəti səndə, a dağlar.

Döşündə meydanlar elədi şahlar,
Sənsiz oğulların çəkibdir ahlar.
Nolsun, eləmişik xeyli günahlar?!
Tapmışıq cənnəti səndə, a dağlar.

Neçə min şəhidin boyandı qana,
Elgiz bu sözləri yazmayıb dana.
Şükürlər edirik biz yaradana,
İtirdik qürbəti səndə, a dağlar!


A QOCA DAĞLAR

O qədər gözəlsən, çaşıb qalıram,
Mən səndən nə yazım, a qoca dağlar.
Küləyin behiştin laylay səsidir,
Utandı avazım, a qoca dağlar.

Qayana dırmaşım, qanasın dırnaq,
Gözümün yaşıyla qaynasın bulaq.
Məndəki dəlisov istəyə bir bax!
Dumanında azım, a qoca dağlar.

Şahidi olasan qocalmağına,
Boynuna Elgizin sarılmağına.
Havan bəs eyləyir sağalmağına,
Dərman nəyə lazım, a qoca dağlar.



Son xəbərlər

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31