(Dünyasını faciəli şəkildə dəyişən Elmin Əhmədovun əziz xatirəsinə)

Bəzən arzuların çiçək tumurcuğu həyatın amansızlığına vaxtsız tuş gəlir. Bu arzuların qanadlarında sınmış ümidlər cənnətin isti qucağına üz tutanda ləçək-ləçək göz yaşlarına dönən talelər Tanrı dərgahına əl açır. Ancaq heyiflər olsun ki, Tanrı yaratdığı insana ayırdığı ömür payından əlavə heç nə pay vermir.
“Heç bir ümmət öz əcəlini qabaqlaya, nə də yubada bilər” (“Qurani-Kərim”dən). Qucağına sığındığımız qəribəliklərlə dolu həyat. Qalın bir meşəyə bənzəyir. Uzaqdan baxanda çox gözəl görünür. İçərisinə girəndə isə adama sıxıntı gətirir. Bu sıxıntılı həyatın qəribə qanunları var. Bəxtin ağlı-qaralı günləri onu naxışladıqca daha da nazlanır, xatirə lövhəsinə öz yazılmamış qanunlarını həkk edir. Hər dəfə bu lövhələri seyr etdikcə zərbə almaqdan gözü qorxmuş adam kimi bəzən hisslərimizin əzablarına qoşulur, onu qorumaq üçün əlimizdən gələni edirik. Lakin bəzən elə, elə çarəsiz qalırıq ki...
Elmin Yahir oğlu Əhmədov da bizi bu günlərdə çarəsizliyə düçar etdi, bu dünyanı, doğmalarını tərk etdi.
O, 15 aprel 1996-cı ildə Ağsu rayonunun Kalva kəndində anadan olmuşdu. Böyüyüb boya başa çatandan sonra özünə rahat şərait yaratmaq istəyirdi ki, vətənimizin başının üstünü qara buludlar aldı. Qarabağımız işğal altında qaldı. Artıq 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarını azad etməyin vaxtı çatmışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin komandanlığı altında Müzəffər Ordumuz səfərbər olundu, əli silah tutan hər kəs torpaqlarımızın düşməndən alınması uğrunda başlanmış İkinci Qarabağ müharibəsinə yollandı. Könüllü gedənlərin arasında Elmin Əhmədov da var idi. O, Füzuli, Qubadlı, Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak etdi. Müharibədən sağ-salamat qayıtdı.
Artıq dinc yaşayışa qədəm qoymuşdu. Ailəsi , ata-anası kənddə yaşayırdı. Elminin qəlbində çox arzusu var idi. Amma…
Bu günlərdə Bakı-Şamaxı magistral yolunun 116 kilometrliyində onun əyləşdiyi maşına yüksək sürətlə şütüyən maşın çırpılmış, Qarabağ qazisi Elmin qəza nəticəsində faciəli surətdə həlak olmuşdur.
Elminin ailəsi Kalvada hörmətlə sayılan, kənddə yeri və sözü olan, dəyərli əhatəsi, səviyyəli dostları ilə seçilən və sevilən işgüzar nəsillərdən idi. Elmin dostları arasında böyük nüfuza malik idi.

Gözünün işığı getdi gözündən,
Dizinin taqəti bitdi dizindən,
“Elminin köçdüyünü” eşidən andan,
Atanın qırıldı şah damarları.


Ata məhəbbətinin qırılmaz telləri Elmini valideynlərindən əvvəl özünü əbədiliyin qucağına atdı. Elmin hər yerdə birinci olduğu kimi, ölümə də birinci qucaq açdı. Dik baxdı Əzrailin gözünə. Bilirdi ki, valideynləri o məkanın tezliklə qonağı olacaqlar. Bu dünyada özünə bəlkə də yer tapa bilməyəcəyi təqdirdə onlardan tez tələsdi. Tələsdi ki, balideynləri onun qucağına baş qoyub rahat uyusun.
Və uzaqdan ..... lap uzaqdan .... göylərə bir nalə səsi eşidilir. Bu nalə, bəli ... bu sanki Tanrıdan əzizlərini – atasını , qardaşını soraqlaşan, həsrətdən, dərddən qıvrılıb yananların nalələridir. O, incə vücudları ilə böyük dərdlərin çiynində çəkə bilməmələri , alışıb yanmalarıdır.... Allah səbrinizi versin!
Yerin Cənnət, ruhun şad, dünyan işıqlı olsun Elmin qardaşımız!
Bu faciədən möhkəm sarsılan Turaz.tv-nin əməkdaşları və Namiq Zülfüqarov Elmin Əhmədovun faciəli surətdə həlak olmasından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

NAMİQ ZÜLFÜQAROV

Son xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031