Xəbərlər
1.01.2026, 09:21
YENİ İLİN YENİ GÜNÜ XOŞ GƏLDİN! - FOTO
Minirə Dadaşqızı
(Yeni ildə hər gününüz gözəl gəlsin, dostlar!)
Ömrümüzə xoş müjdələr gətir sən,
Yeni ilin yeni günü, xoş gəldin!
Bizi arzu, muradlara yetir sən,
Yeni ilin yeni günü, xoş gəldin!
Sevinclərlə al boyansın ömrümüz,
Xoşbəxt günə hey oyansın ömrümüz,
Ta ki yüzə qoy dayansın ömrümüz,
Yeni ilin yeni günü, xoş gəldin!
Görünməsin dünyamızda kədər, qəm,
Gözümüzə çilənməsin nisgil, nəm,
Müjdə dolu xəbər gəlsin dəmadəm,
Yeni ilin yeni günü, xoş gəldin!
Heç olmasın nə aclıq, nə səfalət,
Götürülsün Yer üzündən cəhalət,
İnsan oğlu tapsın hər an səadət,
Yeni ilin yeni günü, xoş gəldin!
Yeni ilin yeni günü, xoş gəldin!
Bizi arzu, muradlara yetir sən,
Yeni ilin yeni günü, xoş gəldin!
Sevinclərlə al boyansın ömrümüz,
Xoşbəxt günə hey oyansın ömrümüz,
Ta ki yüzə qoy dayansın ömrümüz,
Yeni ilin yeni günü, xoş gəldin!
Görünməsin dünyamızda kədər, qəm,
Gözümüzə çilənməsin nisgil, nəm,
Müjdə dolu xəbər gəlsin dəmadəm,
Yeni ilin yeni günü, xoş gəldin!
Heç olmasın nə aclıq, nə səfalət,
Götürülsün Yer üzündən cəhalət,
İnsan oğlu tapsın hər an səadət,
Yeni ilin yeni günü, xoş gəldin!
01.01.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













