
Xəbərlər
30.12.2025, 20:07
QƏMLİ MAHNILARA AŞİNAYAM MƏN - FOTO
QIZBƏS QƏBƏLƏ
Könlüm xoş anda da qəmə meyilli,
Bilmirəm nədəndir onun bu halı.
Nədən ona belə olub sevimli,
Kədərli mahnılar - dərviş misalı.
Anlaya bilmirəm özüm - özümü,
Ruhumu oxşayır qəmli mahnılar.
Bu qəlb istəyimi, ruhun hökmumu ?
Kədərli musiqi həmdəmim olar.
Kim kökləyib məni belə qəm üstə,
Şən, şaqraq mahnılar açmır könlümü ?
Həzin melodiya, bir həzin bəstə,
Nura qərq eləyir bütün ömrümü.
Könlüm xoş anda da qəmə meyilli,
Bilmirəm nədəndir onun bu halı.
Nədən ona belə olub sevimli,
Kədərli mahnılar - dərviş misalı.
Anlaya bilmirəm özüm - özümü,
Ruhumu oxşayır qəmli mahnılar.
Bu qəlb istəyimi, ruhun hökmumu ?
Kədərli musiqi həmdəmim olar.
Kim kökləyib məni belə qəm üstə,
Şən, şaqraq mahnılar açmır könlümü ?
Həzin melodiya, bir həzin bəstə,
Nura qərq eləyir bütün ömrümü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




