Xəbərlər
25.12.2025, 22:43
"Dostyana söhbətə Mehriban Əliyeva da qoşulub" - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində iştirak etməməsi ilə bağlı açıqlama verib.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, o, Rusiya Prezident Administrasiyasının əvvəllər bu məsələ ilə bağlı ətraflı izahat verdiyini vurğulayıb.
"Qeyd edilib ki, Rusiya tərəfi Azərbaycan Prezidentinin sıx iş qrafiki səbəbindən Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində iştirak edə bilmədiyini başa düşür. Dünən, 24 dekabrda Rusiya Prezidenti telefon danışığı zamanı Azərbaycan Prezidentini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib. Onlar Rusiya-Azərbaycan müttəfiqlik münasibətlərinin hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər. Gələcəkdə şəxsi əlaqələr barədə razılığa gəlinib. Bir daha vurğulayıram ki, dostcasına xarakter daşıyan söhbətə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da qoşulub. Qarşıdan gələn Yeni il bayramları münasibətilə ən xoş arzular bildirilib", - deyə Zaxarova bildirib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay