
Xəbərlər
23.12.2025, 12:27
ARİF MUSA : İnam yoxsa... FOTO
Bir nəfərin xahişi ilə
Ömür yolum sirli aləm,
Çəkdiyim dərd az deyil ki.
Həyatım qəm içindədir, -
Gül-çiçəkli yaz deyil ki...
Dilə gəlir duyğularım,
Qəlbindəki mən deyiləm.
Qanadlansın arzuların,
Yolun üstə çən deyiləm.
“Can” deməyin nə mənası,
İnam yoxdu sözlərinə.
Ürəyini oxuyuram
Mən, baxanda gözlərinə.
Arif Musa, insan var ki,
Sevgisin külək aparır...
Saf niyyətli olanların
Duyğusun ürək aparır.
Çəkdiyim dərd az deyil ki.
Həyatım qəm içindədir, -
Gül-çiçəkli yaz deyil ki...
Dilə gəlir duyğularım,
Qəlbindəki mən deyiləm.
Qanadlansın arzuların,
Yolun üstə çən deyiləm.
“Can” deməyin nə mənası,
İnam yoxdu sözlərinə.
Ürəyini oxuyuram
Mən, baxanda gözlərinə.
Arif Musa, insan var ki,
Sevgisin külək aparır...
Saf niyyətli olanların
Duyğusun ürək aparır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






