Estetik və kosmetoloji cihazlar bazarında fəaliyyət göstərən “AzCosmetics” MMC rəqib şirkət (“AzEstetik Group” MMC) barəsində paylaşdığı videoçarxlarda yalan və həqiqəti əks etdirməyən məlumatlar səsləndirdiyi üçün cəzalandırılıb.

Sfera.az xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qətnamə çıxarıb.

Bildirilib ki, “AZ Estetik Group” MMC barədə paylaşılan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib və yalan, böhtan xarakterli məlumatların videoformat şəklində təkzib olunmasına qərar verilib.

Belə ki, sözügedən məlumatlar direktoru Kənan Zeynalov olan “AzCosmetics” MMC-yə məxsus “Youtube” və “TikTok” hesablarında 2023–2024-cü illərdə ictimailəşdirilib. Qərara əsasən, bu platformalarda yerləşdirilmiş video və şərhlərin silinməsi, eləcə də həmin materiallarda məhsul və xidmətlərlə bağlı səsləndirilən aldadılma, texniki xüsusiyyətlərin düzgün təqdim olunmaması, məhsul mənşəyinin gizlədilməsi və öhdəliklərin yerinə yetirilməməsi kimi iddiaların həqiqəti əks etdirmədiyi müəyyən edilib və bu məlumatların təkzib edilməsi tələb olunub.

Bundan başqa, digər məhkəmələr də “AzCosmetics” MMC və onun direktoru Kənan Zeynalova qarşı bir sıra qərarlar qəbul edib. Bildirilib ki, şirkət rəqibi olan “Az Estetik Group” MMC-nin lazer cihazlarını saxta və keyfiyyətsiz kimi tənqid edərək haqsız reklam və rəqabət apardığına görə reklam qanunvericiliyinin tələblərini pozub. Bu səbəbdən şirkət 1000 AZN məbləğində cərimə edilib. Bundan əlavə, “Azcosmetics” məhkəmə qərarlarını icra etmədiyi - yəni, nüfuzu ləkələyən videoları silmədiyi və təkzib vermədiyi üçün məhkəmə qərarları ilə şirkətə 3000 AZN, direktor Kənan Zeynalova isə 1200 AZN inzibati cərimə tətbiq olunub. Bu tədbirlərlə yanaşı, qətnamənin icrasından yayındığı üçün Kənan Zeynalova ölkədən çıxış qadağası qoyulub.

Məsələ ilə bağlı “AZ Estetik Group” MMC-nin direktoru Rəşad Qasımov bildirib ki, məhkəmə qərarı şirkət ətrafında yayılan məlumatlara hüquqi qiymət verildiyini göstərir:

“Şirkət 16 ildir məhsulların mənşəyi, texniki göstəriciləri və servis imkanları barədə müştəriləri açıq şəkildə məlumatlandırır. “AZ Estetik Group” fəaliyyətində innovativ texnologiyalara və müştəri məmnuniyyətinə üstünlük verir. Hazırda şirkətimiz estetik, stomatoloji və kosmetoloji avadanlıqların satışı ilə yanaşı, bu sahədə təlim və texniki xidmətlər göstərir. Eyni zamanda Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə regional bazarda da təmsil olunur”. (Mənbə: qafqazinfo)

Son xəbərlər

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031