
Xəbərlər
20.12.2025, 23:05
Yol verin gedirəm, mən Kəlbəcərə.! - FOTO
Elsad Kəlbəcərli Comard Qazi
KƏLBƏCƏRƏ.
Çəkil ey duman, çən, çəkil yolumdan,
Yol verin gedirəm, mən Kəlbəcərə.
Qurtarıb həsrətdən, qeylü-qalımdan,
Yol verin gedirəm, mən Kəlbəcərə.
Elimə, yurduma məhəbbətim var,
Könlümdə sızlayan, min həsrətim var.
Bircə istəyim var, bir niyyətim var,
Yol verin gedirəm, mən Kəlbəcərə.
Cəməndə dolaşib, çiçək üzməyə,
Bulaqdan su icib, dağda gəzməyə.
Qartal tək zirvədən, uçub süzməyə,
Yol verin gedirəm, mən Kəlbəcərə.
Elşadam saf suyum, havam qalıbdı,
Xəstəyəm dərmanım, davam qalıbdı.
Orda yurdum qalıb, yuvam qalıbdı,
Yol verin gedirəm, mən Kəlbəcərə.!
Yol verin gedirəm, mən Kəlbəcərə.
Qurtarıb həsrətdən, qeylü-qalımdan,
Yol verin gedirəm, mən Kəlbəcərə.
Elimə, yurduma məhəbbətim var,
Könlümdə sızlayan, min həsrətim var.
Bircə istəyim var, bir niyyətim var,
Yol verin gedirəm, mən Kəlbəcərə.
Cəməndə dolaşib, çiçək üzməyə,
Bulaqdan su icib, dağda gəzməyə.
Qartal tək zirvədən, uçub süzməyə,
Yol verin gedirəm, mən Kəlbəcərə.
Elşadam saf suyum, havam qalıbdı,
Xəstəyəm dərmanım, davam qalıbdı.
Orda yurdum qalıb, yuvam qalıbdı,
Yol verin gedirəm, mən Kəlbəcərə.!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












