Şirin qazlı içkilər uzun illərdir gündəlik istehlak məhsulu kimi təqdim olunsa da, son araşdırmalar bu içkilərin insan sağlamlığı üçün ciddi risklər yaratdığını göstərib.

Xüsusilə kola, aromalı limonadlar və enerji içkiləri yüksək şəkər tərkibi və kimyəvi qatqıları ilə həkimlərin və dietoloqların əsas narahatlıq obyektinə çevrilib.

Sfera.az xəbər verir ki, mütəxəssislərin araşdırmalarına əsasən, şirin qazlı içkilərin əsas problemi onların tərkibindəki həddindən artıq şəkər miqdarıdır. Orta ölçülü bir qazlı içkidə 6-10 çay qaşığı şəkər ola bilər ki, bu da gündəlik tövsiyə edilən normanı bir dəfəyə aşır. Bu cür şəkər yüklənməsi qanda qlükozanın sürətlə yüksəlməsinə səbəb olur, nəticədə insulin sistemi yüklənir və uzunmüddətli dövrdə 2-ci tip şəkərli diabet riski artır.

Araşdırmalar göstərib ki, şirin qazlı içkilər piylənmənin də əsas səbəblərindən biridir. Bu içkilər yüksək kalorili olmasına baxmayaraq toxluq hissi yaratmır. Nəticədə insan daha çox qida qəbul edir və çəki artımı sürətlənir. Xüsusilə uşaqlar və yeniyetmələr arasında qazlı içkilərə bağlı piylənmə halları son illər artmaqdadır. Ən təhlükəli qazlı içkilərin siyahısına ilk növbədə klassik kola içkiləri daxildir.

Bu məhsullar yüksək miqdarda şəkər, fosfor turşusu və kofein ehtiva edir. Daimi istifadə zamanı piylənmə, diş çürüməsi, sümük zəifliyi və şəkərli diabet riskini əhəmiyyətli dərəcədə artırır. İkinci yerdə enerji içkiləri, üçüncü risk qrupu aromatik limonadlar və meyvə dadlı qazlı içkilərdir. “Portağallı”, “limonlu”, “çiyələkli” adı ilə satılan bu içkilər təbii meyvə ilə əlaqəsi olmayan, əsasən şəkər və süni dadlandırıcılardan ibarət məhsullardır. Onlar uşaqlarda piylənmə və diş problemlərinin əsas səbəblərindən biri kimi göstərilir. Diş sağlamlığı da risk altındadır.

Qazlı içkilərin tərkibində olan turşular və şəkər diş minasını zəiflədir, çürüməni sürətləndirir və erkən diş itkisinə səbəb olur. Stomatoloqlar bu içkilərin müntəzəm istifadəsini diş problemlərinin əsas amillərindən biri kimi qiymətləndiriblər. Məsələ təkcə şəkərlə məhdudlaşmır. Kola tipli içkilərdə olan fosfor turşusu kalsiumun orqanizmdən sorulmasını azaldır. Bu isə uzun müddət ərzində sümük zəifliyinə səbəb olur. Xüsusilə qadınlar və uşaqlar bu baxımdan daha həssas qrup hesab olunur.

Enerji içkiləri isə daha təhlükəli kateqoriyaya daxil edilib. Onların tərkibində həm yüksək miqdarda şəkər, həm də kofein var. Bu qarışım ürək döyüntüsünün sürətlənməsi, təzyiqin yüksəlməsi, yuxu pozuntuları və sinir sistemində gərginlik yaradır. Həkimlər xəbərdarlıq edir ki, enerji içkilərinin tez-tez qəbulu bəzi hallarda ciddi ürək-damar fəsadlarına qədər aparıb çıxara bilər. Mütəxəssislər bildirib ki, şirin qazlı içkilər “susuzluğu yatıran” məhsul kimi təqdim edilsə də, əslində orqanizmin su balansını pozur və asılılıq yaradır. Bu səbəbdən də bu içkilərin gündəlik rasiondan çıxarılması, əvəzində adi su, şəkərsiz içkilər və təbii alternativlərə üstünlük verilməsi tövsiyə olunur.

Bəsti Rəfizadə
Sfera.az

Son xəbərlər

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031