Bu gün Azərbaycan Premyer Liqasında 1-ci turdan təxirə salınmış matçında “Sabah” “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Bu nəticəni gözləyirdim. Komandam həddindən artıq güc sərf edib. Problemlərimiz oldu. Bu oyun bizə böyük fayda verəcək. Çox ciddi hazırlaşan komandaya qarşı oynadıq. Onların gücünü, istəyini gördük. Əsl futbol atmosferi var idi. Bundan sonra Qəbələdə oyunumuz var. Həmin matça hazırlaşacağıq”.

- Montielin durumu necədir? Sanki onun meydanı tərk etməsindən sonra meydanda fərqli oyun gördük. Həlledici məqam kimi bu məcburi əvəzetməni deyə bilərik?

- Montiel fiziki cəhətdən tam hazır deyil. Onun üçün sıx qrafikdə oynamaq elə də asan deyil. Oyunun qırılma nöqtəsi kimi bunu deyə bilmərəm. Lakin meydanda olması bizim üçün üstünlük ola bilərdi.

- Yankoviçin yaxşı oynaya bilməməsi nə ilə bağlı idi?

- Yankoviç dünən yüngül zədə almışdı. Onun meydana çıxması riskli idi. Bu gün biz bu addımı atdıq.

- “Sabah”ın oyununu gördükdən sonra ürəyinizdə “bu il çempion dəyişə bilər” deyə düşündünüzmü?

- Mən hər il bu fikir olur. 1-ci yerə daim eyni komanda sahib olmur. Bu gün qarşımızda böyük işlər görmüş bir klub var. Gələcəyə böyük yatırım sərf ediblər, planları var. Biz daha ciddi və diqqətli olmalıyıq.

- “Sabah”ın bu matçda gördüyünüz heyət və oyunla Avropada nə isə edə biləcəyinə inanırsınız?

- “Sabah”, əgər çempionluğa oynayırsa, Avropada niyə də nəticə verməsinlər? Belə bir hal baş versə, hamımız sevinərik. Onların Avropa təcrübəsi olan baş məşqçisi də var. Addım-addım yaxşı işlər görürlər.

Son xəbərlər

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031