Mərhum sənətkar Yaşar Nurinin müğənni qızı Ülkər Nuri onu qınayan şəxslərə cavab verib.
Bakupost.az xəbər verir ki, sosial media hesabında paylaşım edən ifaçı hər zaman insanların hədəfinə çevrildiyini bildirib:
“Sözüm bəzi efirdə olan və boş danışan insanlaradır. Niyə məhz həmişə mən hədəf oluram? Başa düşə bilmirəm. Mənim ağrım da, acım da özümə aiddir. Qorxmursunuz ki, bu olanlar sizin də başınıza gələ bilər? Nə istəyirsiniz? Məni yiyəsiz görmüsünüz? Rəy yazanlar və efirlərdə çıxıb danışanlar işinizlə məşğul olun. Mənim acım, mənə aiddir”.
Bu barədə “Yeni Sabah”a açıqlama verən ifaçının anası Rəhimə Nuriyeva bildirib ki, bunu edənlərin hamısı bikar oturanlardır:
“Açığı yayılan rəylərə baxmıram. Kanallar da reytinq yığmaq üçün nə etdiklərini bilmirlər. Hər yola əl atırlar. Bu məsələ xəstəlik kimi hər kəsin qanına girib. İnsanın işi, ailəsi, öhdəlikləri olanda başı onlara qarışır. Belə şeylərə vaxt tapa bilmir. Bəzi insanların rəy yazmağa necə vaxt tapdıqlarını başa düşmürəm. Görməyə iş tapmırlar deyə, hamı haqqında nə gəldi danışırlar. Bu da onların “sənət”idir.
Ailənin içində baş verənləri heç kəs bilmir. Hamı nələrsə üçün çalışır. İnsan ailəsini qorumaq üçün hər yola əl atır. Hər şeyi üzə çıxartmaq indi dəbə düşüb. Bu nə deməkdir? Söz tapmıram. Hər kəs sağalmaz xəstəliyə tutulub. Sosial şəbəkələrdə qarşısı alınmalı olan o qədər məsələlər var. Niyə bunları qabartmırlar? Qara günlərini yaşayan bir ailənin damarına necə toxuna bilirsiniz?”.
Rəhimə Nuriyeva qeyd edib ki, qızı onun razılığı ilə efirlərə çıxır:
“Heç kəs danışa bilməz ki, filankəs oxumağa getdi, efirə çıxdı və s. Siz kimsiniz ki, mənim ailəmə qarışırsınız? İrad bildirənlərə demək istəyirəm ki, əzizinizin başına gələndə nə demək istədiyimizi biləcəksiniz. Ülkər əgər harasa çıxırsa, ailəsinə baxmaq üçün edir. Onun baxmalı olduğu anası var, mərhum bacısının övladı var. Niyə qınayırsınız?
Adamlar var ki, doğması vəfat edir, elə həmin gün də səhnəyə çıxır. Onların işi budur. İşi təxirə salmaq mümkün deyil. Yazan adamların heç xəbəri də olmur ki, bu ailə nə edir? Nəyi çatmır? Dərdimizə şərik olmaqdansa, belə şeylər edib qol-qanadımızı sındırırlar. Kimə nə maraqlıdırsa, mənə zəng vursun. Ülkərin nə etdiyi haqqında heç kəs danışmasın. Ona mən icazə vermişəm. əgər razılığım olmasaydı, heç vaxt efirə çıxmazdı. Özüm icazə verdim ki, çıxsın və hər şeyi olduğu kimi danışsın. Qınayanlara da ayıb olsun”.
Qeyd edək ki, mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı noyabrın 15-də vəfat edib. O, gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Son xəbərlər

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031