ƏZİZƏ AĞAHÜSEYNQIZI

Dəyərli Muxtar Kərimzadə yə təşəkkür edirəm..

Dayanmır, səngimir, kəsmir, kirimir,
Bu yağış deyəsən qar gətirəcək.
Sarı həsrətimi silmir, kürümür,
Bu yağış deyəsən qar gətirəcək.

Rüzgarın boz üzû dönəndən bəri,
Payızın istisi sönəndən bəri,
Yağır üzü üstə dünəndən bəri,
Bu yağış deyəsən qar gətirəcək.

Göylərin mələyi o addan gəlir,
Həzin musiqili bir uddan gəlir,
Bu yağıs o qara buluddan gəlir,
Bu yağış deyəsən qar gətirəcək.

Şimsək alovunda qovrulan odu,
Göydən yerə qədər sovrulan odu,
Dərdiylə, qəmiylə yoğrulan odu,
Bu yağış deyəsən qar gətirəcək.

Bir əli payızda, biri qışdadı,
Leysanı, gurşadı elə qış dadı,
Payızı qorxudub küncə qısdadı,
Bu yağış deyəsən qar gətirəcək.

Ruhumdu, bal kimi süzülüb gəlir,
Kövrək buludlardan üzülüb gəlir,
Misrama, bəndimə düzülüb gəlir,
Bu yağış deyəsən qar gətirəcək.

Torpağa qol çəkib, imza atacaq,
Arzu, istəyinə yağıb çatacaq,
Gümüşü rənginə ağlıq qatacaq,
Bu yağıs deyəsən qar gətirəcək .

Kürəyi payıza, üzü qışadı,
Ürəyi doludu, sözü qışadı,
Ələndi varağa, yağdı, yaşadı,
Bu yağış deyəsən qar gətirəcək .
Bu yağış deyəsən qar gətirəcək .

13.12.2025

Son xəbərlər

Prezidentdən Milli Qurtuluş Günü paylaşımı - FOTO

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi - FOTO

Həyəcan təbili: Uşaqlar arasında energetik içki istifadəsi artır

Ermənistan müxalifəti mitinq keçirir

Məşhur futbolçu və müğənni evləndi - Foto

Konsertindəki çıxışı ilə pərəstişkarlarını təsirləndirdi

Bu gün Bakı şəhəridə Sazlı-Sözlü Borçalı ədəbi məclisinin tədbiri keçirildi - FOTO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

İshaq Dar və Hakan Fidan müzakirə apardılar

Rusiyanın Oryol şəhərinə dron hücumu - Ölən var

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib - FOTOLAR

Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

BELA ZƏNGİBASARLI : ,,ZƏNGİBASAR YALLISI" - FOTO

Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir

Mirzəxan Xəlilov-80

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

MƏMMƏD QƏDİR : Qulağının dalın görərsən - FOTO

Mehriban xanım Əliyeva: Şəfqət və xeyirxahlıq simvolu

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Dünya çempionatı - Qətər son dəqiqə qolu ilə xilas oldu

VƏTƏNƏ XİDMƏTLI BİR ÖMÜR YAŞADI...

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930