Bakıda Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə davam edən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025” çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Yaradıcı Azərbaycan platformasının birgə təşkilatçılığı ilə baş tutub.

Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “KADEM” Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar, WDO-nun baş direktoru Afnan Al-Shuaibi, eləcə də Qazaxıstan, Bəhreyn və Özbəkistandan olan qadın innovatorlar və sahibkarlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən WDO-nun baş direktoru Afnan Al-Shuaibi forum təşkilatçılarına təşəkkürünü bildirib. Qadınların bilikəsaslı cəmiyyətin formalaşmasında mühüm rol oynadığına diqqət çəkib: “Bu, inkişafın və tərəqqinin göstəricisidir. Bizim əsas missiyamız qadınlara öz potensiallarını kəşf etməyə və reallaşdırmağa imkan yaratmaqdır. Qadınlar həm sahibkar, həm də mədəni innovator kimi cəmiyyətin inkişafına böyük töhfə verirlər. Biz qadınların irəliləməsi, öz işlərini tanıtması və yaradıcı layihələrini həyata keçirməsi üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq”.

“KADEM” Vəqfi Qəyyumlar Şurasının sədri Sümeyye Erdoğan Bayraktar qeyd edib ki, qadın yaradıcı sahələrə sonradan qatılan bir iştirakçı deyil, əslən bu sahənin köküdür, mahiyyətidir. “Qadının yaratdığı dəyərlər nəsildən-nəslə ötürülür. Azərbaycanın xalçaçılıq sənəti bunun ən gözəl nümunələrindəndir. Eyni şəkildə İznik və Kütahya çiniləri və digər sənət məktəbləri də qadının yaradıcı ruhu, sənətkarlıq bacarığı və estetik zövqü ilə formalaşıb. Türk motivləri və onların sənətdə təcəssümü qadının tarix boyu bu sahələrdəki rolunu açıq şəkildə göstərir”, - deyə Sümeyye Erdoğan Bayraktar əlavə edib.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə forumun qadınların yaradıcılıq sahəsindəki imkanlarını və gələcək perspektivlərini müzakirə etmək üçün ideal platforma olduğunu deyib: “Bu istiqamətdə Azərbaycanda göstərilən dövlət dəstəyi olduqca əhəmiyyətlidir və təqdir olunmalıdır. Forumun əsas məqsədi mövcud boşluqları müəyyənləşdirmək, həmçinin İƏT ölkələri arasında bu sahədə əməkdaşlığı daha da gücləndirməkdir”.

Forumun açılışından sonra Mövlanə Cəlaləddin Ruminin “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Qeyd edək ki, Qadınların Yaradıcı Forumu çərçivəsində “Yaradıcı sənayelərdə qadınlar üçün beynəlxalq ticarət imkanlarının genişləndirilməsi”, “İnnovasiya, texnologiya və investisiyanın qadınların gücləndirilməsində rolu” və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Spikerlər qadınların rəhbərlik etdiyi yaradıcı bizneslərin dəstəklənməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovasiyaların mədəni və iqtisadi transformasiyanı sürətləndirməkdəki rolu barədə danışıblar. Vurğulanıb ki, Qadınların Yaradıcı Forumu qadın liderliyinin yaradıcı iqtisadiyyatda inkişafı, innovasiya və dayanıqlılığın təşviqi, eləcə də beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində ortaq öhdəliyi bir daha təsdiqləyir.















Son xəbərlər

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031