SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasından 14 il ötür.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, BANM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Fərmanı ilə SOCAR-ın tərkibində dövlət ali təhsil müəssisəsi statusunda yaradılıb.

Bakı Ali Neft Məktəbinin hər cür şəraiti olan bir kampus binası və bir korpusu istifadəyə verilib. Bakı Ali Neft Məktəbi ən yüksək keçid balına malik ali təhsil müəssisəsi kimi fərqlənir. BANM ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb və uğurunu qoruyub.

BANM Prezident təqaüdçülərinin sayına görə Azərbaycan təhsil tarixində rekord göstərərək bir neçə ildir ardıcıl olaraq liderliyini qoruyur və bu il 36 Prezident təqaüdçüsü ilə rekordunu yeniləyib. İlk ildə yalnız iki ixtisas üzrə qəbul həyata keçirilsə də, hazırda Bakı Ali Neft Məktəbi 9 ixtisas üzrə bakalavr, 8 ixtisaslaşma üzrə magistratura və 3 ixtisas üzrə doktorantura səviyyələrinə qəbul aparır.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.

Bildirilib ki, cari il BANM-in təşəbbüsü ilə Azərbaycanda ilk dəfə data analitikası ixtisasına qəbul həyata keçirilib. Bu ixtisas ən yüksək bal toplayan abituriyentlərin seçimi olub. BANM-in məzunlarının işlə təmin olunma göstəricisi 100 faiz təşkil edir və məzunlar SOCAR-da, müxtəlif transmilli şirkətlərdə, dövlət qurumlarında və nüfuzlu müəssisələrdə çalışırlar. Dövlət Məşğulluq Agentliyinin 2025-ci il statistikası da bunu təsdiqləyir.

Bakı Ali Neft Məktəbi startaplar və innovasiyalar sahəsində də liderdir, tələbələr bu illər ərzində bir çox beynəlxalq və yerli yarışlarda uğur qazanıb və qalibiyyətlər əldə ediblər. Təkcə 2025-ci ildə 30-dan çox startap layihəsi təqdim olunub və 20-dən çox hakatonda qalibiyyət əldə edilib, “Teknofest 2025”də isə 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 4 xüsusi mükafat qazanaraq ən çox mükafat qazanan ali təhsil müəssisəsi olub.

Bu illər ərzində Bakı Ali Neft Məktəbinin beynəlxalq əlaqələri genişlənib və əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Bu il əcnəbi tələbələrin sayında 67 faiz artım qeydə alınıb.

BANM Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq ali təhsil proqramlarının ixracını həyata keçirməyə başlayıb. SOCAR və “Uzbekneftegaz” şirkəti arasında 2023-cü il iyulun 18-də imzalanmış Anlaşma Memorandumunun müddəalarından irəli gələrək BANM ilə Özbəkistan universitetləri arasındakı müqavilələrə əsasən, Özbəkistanın Daşkənd Kimya-Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında ikili diplom proqramı həyata keçirilir. Hazırda bu ali təhsil müəssisələrindən 16 özbək tələbə Kimya mühəndisliyi ixtisasının magistratura səviyyəsinin 2-ci kursunda təhsil almaq üçün BANM-də tədrisə cəlb olunublar. Onlar həm təhsil aldıqları Universitetin, həm də Bakı Ali Neft Məktəbinin diplomuna sahib olacaqlar.

Bakı Ali Neft Məktəbi Konqoda insan kapitalının inkişafına dəstək göstərir. SOCAR və Konqo Milli Neft Korporasiyası (SNPC) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, konqolu tələbələr BANM-də təhsil alır və məzun olduqdan sonra SNPC şirkətində çalışacaqlar.

2025-ci ildə BANM-in bütün akademik proqramları ilk dəfə olaraq beynəlxalq proqram akkreditasiyasına cəlb olunub. Bu proses Almaniyanın mühəndislik sahəsində nüfuz qazanmış ASIIN agentliyi tərəfindən aparılıb.

Bakı Ali Neft Məktəbi beynəlxalq reytinqlərdə uğurlar əldə edib və “Times Higher Education (THE) Impact Rankings 2025”də ölkə üzrə III yerdə, dünya universitetləri arasında isə 801–1000-ci yerlərdə qərarlaşaraq yüksək nəticəyə nail olub.

Bakı Ali Neft Məktəbinin tərkibində artıq Rəqəmsal Biliklər Liseyi fəaliyyətə başlayıb. Texniki biliklərin öyrədilməsinə üstünlük verilən bu orta təhsil müəssisəsi ilk ildən yüksək nəticələr göstərən şagirdlərin seçimi olub.

Son xəbərlər

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031