"Azərbaycanda tələbələr və təqaüdçülər üçün tam pulsuz nəqliyyat sisteminin tətbiqi yaxın perspektivdə real olmasa da, mərhələli və hədəflənmiş endirim mexanizmləri mümkün və məqsədəuyğundur".

Sfera.az bildirir ki, bunu baku.ws-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri əhalinin həssas təbəqələrinin həyat keyfiyyətinin yüksəldilməsi və sosial ədalətin təmin olunmasıdır. Bu məqsədə nail olmağın vacib istiqamətlərindən biri kimi, pensiyaçılar və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi məsələsinin aktuallaşması da, şübhəsiz ki, təbii qəbul olunmalıdır:

"Hazırda ölkəmizdə nə metroda, nə də avtobuslarda həssas qruplar üçün universal endirim və ya pulsuz gediş sistemi mövcuddur. Dövlət Sosial Müdafiə Fondu və bir sıra kommersiya qurumları pensiya kartları vasitəsilə müxtəlif alış-veriş sahələrində güzəştli xidmətlər təklif etsə də, bu imtiyazlar ictimai nəqliyyata şamil edilmir".

Deputat bu içşdə xarici ölkə təcrübələrini də misal çəkib:
"Dünyanın bir çox ölkələrində nəqliyyatda sosial güzəştlər dövlətin sosial siyasətinin ayrılmaz hissəsidir. Məsələn, Türkiyədə 65 yaşdan yuxarı vətəndaşlar üçün "Yaşlı Kart" sistemi tətbiq olunur. Bu kartla yaşlı insanlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilirlər. Bu modelin maliyyələşməsi dövlət subsidiyaları və yerli idarələrin büdcə dəstəyi hesabına həyata keçirilir. Lüksemburq isə daha radikal addım ataraq ölkə üzrə ictimai nəqliyyatı tamamilə pulsuz edib. Bu, sosial bərabərliyin təmininə və tıxacların azaldılmasına yönəlmiş strateji addımdır. Təbii ki, belə model üçün güclü büdcə dayaqları və yüksək sosial məsuliyyət tələb olunur. Azərbaycan üçün bu təcrübələrdən çıxarıla biləcək əsas nəticə ondan ibarətdir ki, tam pulsuz nəqliyyat sisteminin tətbiqi yaxın perspektivdə real olmasa da, mərhələli və hədəflənmiş endirim mexanizmləri mümkün və məqsədəuyğundur".

E. Mirzəbəyli deyir ki, tələbə kartlarının bu sistemə inteqrasiyası ilə bağlı artıq pilot mərhələdə işlər aparılır. Bu, o deməkdir ki, tələbələr üçün endirimli tariflərin tətbiqi texniki baxımdan mümkündür və yaxın gələcəkdə reallaşa bilər:

"Ölkəmizdə "BakıKart" sistemi ictimai nəqliyyatda vahid ödəniş platforması kimi formalaşıb və sosial qruplar üçün fərqli tariflərin tətbiqinə texniki baxımdan tam imkan verir".

Deputatın fikrincə, eyni mexanizm pensiyaçılara da şamil oluna bilər. Dövlət Sosial Müdafiə Fondu ilə "BakıKart" operatoru arasında məlumat mübadiləsi qurularsa, pensiya kartları gediş haqqı kartı kimi tanınar və yaşlı vətəndaşlar sistemdə avtomatik olaraq güzəşt hüququndan yararlanarlar:

"İctimai nəqliyyatda güzəştlərin tətbiqi yalnız sosial məsələ deyil, həm də maliyyə planlaşdırması tələb edən iqtisadi məsələdir. Bütün ölkə üzrə tam pulsuz nəqliyyat sistemi dövlət büdcəsinə əlavə yük gətirə bilər. Lakin həssas qruplara güzəştlərin alternativ maliyyə mənbələri vasitəsilə kompensasiya olunması mümkündür".

"Bu bağlamda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanma sistemindən əldə etdiyi gəlirlərin müəyyən hissəsinin sosial güzəşt proqramlarının maliyyələşdirilməsinə yönəldilməsi məqsədəuyğun ola bilər. Parklanmadan toplanan vəsaitlər ictimai nəqliyyatın inkişafına, sosial təbəqələr üçün endirimlərin tətbiqinə sərf olunsa, bu həm sosial ədalət prinsiplərinə uyğun olar, həm də şəhər nəqliyyatının iqtisadi dövriyyəsində balans yaradar. Beləliklə, AYNA-nın maliyyə axınlarının bir hissəsinin sosial yönümlü proqramlara istiqamətləndirilməsi ictimai nəqliyyatın yalnız texniki deyil, həm də sosial funksiya daşımasını təmin edər", - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Son olaraq qeyd edib ki, Milli Məclisdə pensiyaçılar və tələbələr üçün ictimai nəqliyyatda güzəşt məsələsi bir neçə dəfə müzakirə olunub. Deputat həmkarlarım bu istiqamətdə konkret təkliflərlə çıxış ediblər, lakin hələlik məsələ qanun layihəsi və ya dövlət proqramı səviyyəsində təsbit olunmayıb.
"Cəmiyyətin gözləntisi anlaşılandır. Çünki sosial rifah yalnız əməkhaqlarının və pensiyaların artımı ilə deyil, həm də gündəlik xərclərin, o cümlədən nəqliyyat xərclərinin azaldılması ilə ölçülür. Bu baxımdan, nəqliyyatda güzəşt mexanizmləri sosial məsuliyyətin növbəti göstəricisinə çevrilə bilər".

Son xəbərlər

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

“Şorca harayı” — yaddaşın Göyçəyə uzanan səsi

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930