Xəbərlər
11.11.2025, 00:01
Mahir Emreli zədələndi - 3 ay oynamayacaq
Almaniyada 2-ci Bundesliqasında “Kayzerslautern”in formasını geyinən Mahir Emreli klubunun evdə “Herta” ilə qarşılaşmasında zədələnib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, futbolçunun zədəsi ciddidir və 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Emreli meydana 63-cü dəqiqədə, hesab açıldıqdan sonra daxil olub. Bu, Mahirin avqustun sonunda keçirilən üçüncü tur matçından bəri klubda ilk oyunu olub. O, 77-ci dədiqədə zədələndikdən sonra 78-ci dəqiqədə Riçmond Taçi ilə əvəzlənib.
Xatırladaq ki, “Kayzerslautern” hazırda 20 xalla 7-ci yerdədir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay