
Xəbərlər
10.11.2025, 23:44
XƏLİL MİRZƏ : Bu payız - FOTO
Bu payız şeirini mənə oxuyur,
O, mənim dilimdə danışır daha.
Kədər yarpaqları vida qoxuyur,
Könlüm bu qoxuya alışır daha.
Solmuş arzularla çağlamaq olmur,
Payızın bu dərdi mənim dərdimdir.
Ümidi xəzana bağlamaq olmur,
Tökülən yarpaqlar öz qədərimdir.
Bu payız seçilir əvvəlkilərdən,
Gündüzlər qamətin şux tutub durur.
Gecələr yaş tökür gözü min yerdən,
Dərdini torpağa axıdıb durur.
Bu payız qəribdir, bu payız təkdir,
Nə eşq ortağı var, nə dərd ortağı.
Çürüyən ümidlər kimə gərəkdir?
Tanrı pay göndərib nəmli yatağı.
Bu payız qurbanlıq quzu kimidir,
Aldanıb soluxmuş ota, çəmənə.
Bəxti taleyimin buzu kimidir,
Nə buza gün düşər, nə də çəmənə...
O, mənim dilimdə danışır daha.
Kədər yarpaqları vida qoxuyur,
Könlüm bu qoxuya alışır daha.
Solmuş arzularla çağlamaq olmur,
Payızın bu dərdi mənim dərdimdir.
Ümidi xəzana bağlamaq olmur,
Tökülən yarpaqlar öz qədərimdir.
Bu payız seçilir əvvəlkilərdən,
Gündüzlər qamətin şux tutub durur.
Gecələr yaş tökür gözü min yerdən,
Dərdini torpağa axıdıb durur.
Bu payız qəribdir, bu payız təkdir,
Nə eşq ortağı var, nə dərd ortağı.
Çürüyən ümidlər kimə gərəkdir?
Tanrı pay göndərib nəmli yatağı.
Bu payız qurbanlıq quzu kimidir,
Aldanıb soluxmuş ota, çəmənə.
Bəxti taleyimin buzu kimidir,
Nə buza gün düşər, nə də çəmənə...
X.Mirzə, Quba, 10.11.25.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






