Spiker COP30-da çıxış etdi

Milli Məclisin sədri Sahibə Qafarova Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Liderlər Sammitində çıxış edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri çıxışında Azərbaycanın təşkilatçılığı ilə COP29-un əldə etdiyi mühüm nailiyyətlər barədə geniş məlumat verib. Onun sözlərinə görə, böyük maneələrə, qeyri-müəyyənliklərə baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ən uğurlu COP-lardan birinə ev sahibliyi edərək, bu prosesi qətiyyətlə həyata keçirdi. COP29-da Azərbaycan tərəflər arasında fikir ayrılıqlarını aradan qaldırmağı və əvvəlki danışıqlarda həll oluna bilməyən məsələlər üzrə tarixi konsensus əldə etməyi bacardı.

Spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan COP29-da Bakı Maliyyə Hədəfinin qəbul olunmasına nail oldu ki, bu da 2025-ci ildən inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard ABŞ dollarının səfərbər edilməsini nəzərdə tutur. Sahibə Qafarovanın sözlərinə görə, bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu günə qədər əldə edilmiş ən böyük maliyyə paketidir. Həmçinin, COP29-da inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim maliyyəsinin illik ən azı 1.3 trilyon dollara çatdırılması hədəfi ortaya qoyuldu. Bu hədəfə nail olmaq üçün Azərbaycan Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün Braziliya tərəfi ilə sıx əməkdaşlıq edib.

Milli Məclisin sədri COP29-un öz üzərinə götürdüyü bir sıra digər əsas mandatların reallaşdırılması istiqamətində də uğurlu nəticələr əldə etdiyini xatırladıb. Onun sözlərinə görə, bunlardan biri də Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarını tənzimləyən qaydaların tamamlanmasıdır ki, bununla da o, Paris Sazişinin qəbulundan 10 il sonra tam işlək hala gəlmişdir.

Diqqətə çatdırılıb ki, COP29 həmçinin 2025-ci ildən başlayaraq İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını və resursları ödəməyə hazır olmasını təmin edib. Qlobal iqlim fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin edilməsində mühüm addım olan Genişləndirilmiş Şəffaflıq Çərçivəsi də aktivləşdirilib. Bundan əlavə, zərərin təsirinin azaldılması, uyğunlaşma, gender, yerli xalqlar və digər bir-biri ilə əlaqəli olan prioritetlərlə bağlı geniş spektrli mühüm mandatlar üzrə də razılığa gəlindi.

Azərbaycanın ən həssas qrupların dəstəklənməsinə böyük diqqət yetirdiyini söyləyən Milli Məclisin sədri vurğulayıb ki, ölkəmiz bu öhdəliyi özünün COP29 Sədrliyinin əsas elementinə çevirib. Bu məqsədlə Azərbaycan İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) və Ən Az İnkişaf Etmiş Ölkələr (LDCS) nümayəndələrinin COP29-da iştirakı üçün maliyyə dəstəyi göstərib. Azərbaycan COP29-da Liderlər Zirvəsi zamanı SIDS üçün xüsusi konfrans təşkil edərək, onların xüsusi narahatlıqları və prioritetlərinin yüksək siyasi səviyyədə dinlənilməsi üçün platforma təmin etdi.

Çıxışda məlumat verilib ki, COP29 Sədrliyi, danışıqlara paralel olaraq, Paris Sazişinin bütün əsas məqamlarını əhatə edən 14 təşəbbüsdən ibarət Fəaliyyət Gündəliyi hazırlayıb. Bu gündəliyin əsas məqsədi təkcə hədəflər müəyyən etmək deyil, həm də bu hədəflərə çatmaq üçün lazımi infrastrukturun yaradılmasına və əməli tədbirlərin həyata keçirilməsinə nail olmaqdır. Lakin bu nəticələrdən savayı, COP29-un çoxtərəfli sistemə inamı da bərpa etdiyi vurğulanıb. COP29 göstərib ki, hətta geosiyasi gərginlik, etimadsızlıq və iqtisadi qeyri-müəyyənlik dövründə belə, ölkələr yenə də bir araya gəlib ümumi mənafe üçün birgə hərəkət edə bilərlər. Bu, Azərbaycanın davamlı sınaqlarla üzləşməsinə baxmayaraq, bərqərar edə bildiyi çoxtərəfliliyin zəfərinin əsl nümayişi idi.

Azərbaycan COP28 və COP30 Sədrlikləri ilə birlikdə iddialı Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) təşviq etmək üçün güclü öhdəlik nümayiş etdirib. Azərbaycan, eyni zamanda öz milli səviyyədə müəyyən edilmiş töhfələrini hazırlayarkən də eyni qətiyyəti göstərib. 2050-ci il üçün müəyyən edilmiş hədəfin reallaşdırılmasını 15 il önə çəkərək, bu hədəflərin 2035-ci ildə növbəti milli səviyyədə müəyyən edilmiş töhfələr tsikli dövründə reallaşdırmağı hədəfləyib. Bu, son üç onillikdə ərazilərimizin işğal edilmiş və dağıdılmış iyirmi faizində genişmiqyaslı yenidənqurma və minalardan təmizləmə fəaliyyətlərini davam etdirdiyimiz şəraitdə belə, iqlim fəaliyyətinə davamlı öhdəliyimizi əks etdirir: “Azərbaycan COP30 prezidentliyinin "İcra COP"u baxışının reallaşdırılmasında COP30 prezidentliyini tam dəstəkləməyə və töhfə verməyə hazırdır. Spiker Sahibə Qafarova, Braziliyanı bu mühüm prosesdə dəstəkləməyə, vacib qərarları qəbul etməyə, planetimiz və gələcəyimiz üçün olduqca həlledici olan fəaliyyətlərin həyata keçirilməsinə çağırıb”.

Son xəbərlər

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

“A.B.İ.” ilə bağlı gözlənilməz qərar

Endirim rəfdə qalır, kassada qiymət dəyişir - Supermarketlər alıcıları necə məğlub edir

Biri Zabit, digəri Böyük zabit oldu

Novruzəli Aslanov: “Dövlət Proqramında alüminium, mis və qızıl istiqamətlərinin əsas prioritetlər sırasında yer alması istehsal bazasının şaxələndirilməsinə imkan verir”

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

"Turan ödülü" təltifi üçün təşəkkür edirəm, dəyərli İlqar müəllim və doğma Həməşəra səhifəsi.

“Şorca harayı” — yaddaşın Göyçəyə uzanan səsi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930