Azərbaycanda xarici sərmayə üçün yeni sistem YARADILDI


“Invest in Azerbaijan” informasiya sistemi yaradılıb.

Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

“Invest in Azerbaijan” informasiya sistemi (bundan sonra – Sistem) investorlar tərəfindən elektron qaydada müraciətlərin təqdim edilməsini, habelə Azərbaycan Respublikasında investisiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan bütün məlumatların, o cümlədən investisiya mühiti, investisiya layihələri, mövcud tələblər, imtiyaz və güzəştlər barədə məlumatların əldə olunmasını təmin edir. Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO həyata keçirir.

Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməli, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Son xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031