Əfşan Yusifqızı


Uca Yaradanının ovucunda bir ovuc dən kimidir insanın taleyi, bəxti. Hara səpələnəcəyi, hansı torpaqda cücərəcəyi bilinməz.

Biri torpağa düşüb göyərər, biri suda boğular, biri daşın üstünə düşüb toz olar. Fələyin qarğışına tuş gələnlər isə elə doğulduğu andan yara daşıyar. O yara nə zamanla sağalar, nə də sarğıyla…

Elə dəyərli Adilə xanım Nəzər də belə deyir:
“Sarğı neynər bu yaraya...
Sağalmaz fələk qarğayan.
Tanrı dən tək bir qarğaya
Ovuclayıb səpər səni "


Fələyin qarğışı altında doğulanlar var ki, onların yarasına nə sarğı çatar, nə dua. Hər dəfə sağalmaq istədikcə, taleyin dırnağı yenidən o yeri qanadır. Bəzən bu yaralar dərinin altında deyil, ruhun içində qanayar.
"Zaman dünyaya bir taxtsa,
Qismət üzə gülən baxtsa "

Zaman bir taxtdır və hər kəs öz növbəsini gözləyən bir bəndə kimi oturur onun ətəyində. Kiminsə üzünə gülən qismət, kiminsə alın yazısına hopan dərd. Amma yenə də bəşər övladı gözləyir. Çünki gözləmək bəzən yaşamaq qədər müqəddəsdir. Taleyin sərt səssizliyində ümidlə naümidlik arasındakı pıçıltı kimi səslənir bu misralar...
“Onda gözlə, eh, nə vaxtsa,
gözlədiyin tapar səni…”

Gözləyir ki, bir gün o “gözlədiyi” bəlkə bir insan, bəlkə bir xəbər, bəlkə də bir möcüzə dönüb gəlib onu tapsın. O vaxta qədər isə o, zamanın taxtı önündə səssiz dayanmış, səbirin daşına dönmüş bir bəndədir...

Və sonra gəlir Adilə — bəlkə bir qadın, bəlkə bir xatirə, bəlkə də insanın içindəki o azmış tərəf. Şair onu çağırır: “Ay Adilə, gəlmə bir də...”
Bu bənd bir növ xəbərdarlıqdır:
“Ay Adilə, gəlmə bir də!
Əriməkdə xeyir şərdə...
Ayıq ol, yatdığın yerdə
Öz itlərin qapar səni."

Şaidin bu çağırışında həm kədər, həm xəbərdarlıq var. Çünki insan bəzən elə bir yolun yolçusuna çevrilir ki, nə xeyir qalır, nə şər, hər şey əriyir, qarışır bir-birinə...

Və Adilə Nəzər həyacanla içindəki mənə səslənir ki, gəlmə o köhnə yola, o yanlış sevdaya, o zəhərli həyata.
Və beləcə, şairin səsi Tanrı ilə insan arasında bir körpü kimi uzanır.
O, nə göylərdəki mələkdir, nə də tam yerə batmış günahkar. O, sadəcə taleyinin üzərinə su səpən, amma yenə də alışan bir ruhdur. “Sarğı neynər bu yaraya?” deyə soruşanda, biz anlayırıq ki, bəzən yaralar sağalmaq üçün deyil, insanı oyaq saxlamaq üçündür...
Bu şeirdəki hər misra bir duadır və bir qarğışla yan-yana durur. Tanrının səpdiyi danələri yığmaq mümkün deyil, bəlkə də həyat elə bu səpintilərin, bu yaraların, bu gözləyişlərin adıdır...

Bəzən sağalmaq istəmir insan, çünki yara onu diri saxlayır. Hər ağrı bir nəfəsdir, hər qırılma bir oyanışdır...
Ps- Fəlsəfə elmləri doktoru, hörmətli Adile Nezerin bütün şeirləri diqqətçəkəndir, amma üç bəndlik bu şeiri məni çox təsirləndirdi və ruhuma tanış hisslər olduğu üçün yan keçə bilmədim.

Son xəbərlər

Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Rusiyanın 3 təyyarəsi və helikopterləri bir gecədə məhv edildi

Karantin rejimi yanvara qədər uzadıldı

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bu şəhərlər 100 il sonra yox ola bilər - Siyahı

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

“Windows 11”də format dövrü bitdi - Sistem bu yolla yenilənəcək

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Yaşlandıqca immunitet niyə zəifləyir? - Araşdırma

SƏNİ ÇOX SEVİRƏM, YAXŞI Kİ, VARSAN - FOTOLAR

Mərkəzi Bankın səlahiyyətləri artırılır

Rusiyada ayı giləmeyvə toplayan iki kişini parçalayıb

Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar

Türk oğlu türk- NİCAT ƏRTÜRK

"O kəndə "Kərki" deməsək, müharibə qaçılmaz olacaq" - Paşinyan

“Ararat” və “Milan”dan məğlubiyyət - AL-də gecənin nəticələri

Bu ərazilərdə işıq olmayacaq

Lənkəranda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Trampın sağ əli xərçəngə qalib gəldi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930