Səhiyyə Nazirliyinin əmrinə əsasən, tibb idarə və müəssisələrinin rəhbərlərinə respublikanın şəhər və rayonlarında tibb işçiləri və digər risk qrupları arasında 2025-ci ilin oktyabrın 8-dən etibarən 6 ay müddətində qrip əleyhinə vaksinasiya tədbirləri həyata keçirilməsi tapşırılıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Qeyd edək ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əks-epidemik tədbirlər həyata keçirilir. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilib.

TƏBİB-dən AZƏRTAC-a verilən məlumata əsasən, oktyabrın 8-dən noyabrın 2-dək birliyin tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 min 352, 18-59 yaş aralığı 11 min 364, 60 yaş və yuxarı isə 2 min 846 nəfərdir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.

Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Son xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031