Almaniyanın Köln şəhərində “Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumu” keçirilib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Azərbaycan və Avropa arasında süni intellekt və enerji mübadiləsinin perspektivləri” mövzusunda keçirilən forum Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutub.

Azərbaycan və Almaniya Dövlət himnləri səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Avropada yaşayan azərbaycanlı mühəndislərin I Forumunun Təşkilat Komitəsinin sədri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin rəhbəri Altay Rüstəmli giriş nitqi ilə çıxış edib. O, forumun mühəndislərin vəhdət halında fəaliyyəti baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov forumun bilik və təcrübə mübadiləsi, eləcə də əməkdaşlıq baxımından mühüm bir platforma olduğunu qeyd edib, dövlətin diaspora qayğısından danışıb:

“Harada yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müasir çağırışlara uyğun müəyyən etdiyi diaspor siyasəti soydaşlarımızın fəaliyyətini, o cümlədən mədəni və elmi diplomatiyanı stimullaşdırır. Forumla bağlı bildirmək istəyirəm ki, Avropada yaşayan azərbaycanlı mühəndislərin forumu onların intellektual potensialından səmərəli istifadə olunmasına, yeni ideyaların formalaşmasına və ortaq təşəbbüslərə şərait yaradır. Komitə olaraq biz də xaricdə yaşayan soydaşlarımızı dəstəkləməyə, onların inkişafı üçün real imkanlar yaratmağa davam edirik”.

Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri Samir Rzayev, Azərbaycanın Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin üzvü Sənan Tapdıqov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri vəzifəsini icra edən Tahir Xəlilov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov çıxış edərək forumun işini yüksək qiymətləndiriblər.

Forum iştirakçılarına komitənin layihələri, xüsusilə ixtisaslaşmış formların məqsəd və əhəmiyyəti barədə geniş videomaterial nümayiş olunub.

Forumda süni intellektin müxtəlif sahələrdə tətbiqi, süni intellekt vasitəsi ilə insan duyğularını oxumaq, insanabənzər robot texnikasında etik innovasiya, Azərbaycandan Avropaya baxış və bir sıra digər istiqamətlər üzrə təqdimatlar olub.

Forumun Təşkilat Komitəsinin sədri, Korea Universitetinin xüsusi təyin olunmuş professoru Elxan Riçard Sadıqzadə, “Women in Engineering” təşkilatının sədri Sonabəyim Hüseynzadə, Berlin Ali Tibb Məktəbi və Berlin Ali Biznes Məktəbinin mühəndisi Rauf Abdullayev, eləcə də Avropanın bir sıra tanınmış azərbaycanlı mühəndisləri, alim və mütəxəssislər çıxış edərək mühəndislik sahəsində beynəlxalq əməkdaşlığın, innovativ təşəbbüslərin və elmi-texnoloji mübadilənin əhəmiyyətindən danışıb, şəxsi təcrübələrini bölüşüb, forumun diasporun elmi və intellektual potensialının inkişafına mühüm töhfə verəcəyini bildiriblər. Soydaşlarımız həmçinin göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Forumda iştirak edən Almaniyanın Keramika Texnologiyaları və Sistemləri İnstitutunun professoru Konstanse Çöpe belə tədbirlər sayəsində Azərbaycanla Almaniya arasında əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini söyləyib.

Avropanın 16 ölkəsindən, Almaniyanın 45 şəhərindən ümumilikdə 200-ə yaxın soydaşımızın və xarici qonaqların qatıldığı foruma “Muğam" Alman-Azərbaycan Musiqi Cəmiyyətinin sədri Səbinə Məmmədova moderatorluq edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin, həkimlərin, mühəndislərin, gənclərin və tələbələrin beynəlxalq forumlarını sistemli şəkildə təşkil edir və bu təşəbbüs həm diasporun, həm də Azərbaycan ictimaiyyətinin böyük rəğbətini qazanıb.



Son xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031