Xəbərlər
1.11.2025, 18:39
Məhkəmə İbrahim Tatlısesin oğlu ilə bağlı qərar verdi - Yaxınlaşa bilməyəcək
Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin oğlu Ahmet Tatlıses barəsində məhkəmədən uzaqlaşdırma qərarı alınıb.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Belə ki, İzmirdə keçirilən məhkəmə prosesində İbrahim Tatlısesin tələbi əsasında oğula atasına yaxınlaşmağı qadağan edən qərar çıxarılıb. İzmir 2-ci Ailə Məhkəməsinin qərarına əsasən, A. Tatlıses atasına 3 kilometrdən artıq məsafəyə yaxınlaşa bilməyəcək. Qərarın pozulması halında təhlükəsizlik qüvvələri dərhal müdaxilə edəcək.
Məhkəmə həmçinin oğul Tatlısesə elektron qolbaq taxılması barədə qərar verib. Bu sistem vasitəsilə oğul atasına yaxınlaşarsa, hüquq-mühafizə orqanları dərhal məlumatlandırılacaq. İbrahim Tatlısəs prokurorluğa müraciətində oğlunun onu təhdid etdiyini və təhlükəsizlik narahatlığı keçirdiyini bildirib.
Qeyd edək ki, ata-oğul arasında yaranan münaqişənin əsas səbəbi sərvət bölgüsü ilə bağlıdır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay