Elə səs olur ki, illərlə insanın yadında qalır. Könlünü oxşayır, ruhunda qida verir. Hər dinləyəndə qəlbinə toxunur. O səs səni uşaqlığına aparır, gəncliyini xatırladaraq kövrəldir, düşündürür. Bəzən də bir anlıq səssizliyə çevrilib içində yaşayır. Musiqi taleyin öz diliylə danışan nəfəsidir. İnsanın ruhunu, duyğusunu, yaşadıqlarını səslə ifadə edən bir möcüzədir...
Elə Nüşabə Ələsgərlinin səsi də mənim üçün məhz belə bir möcüzədir. Onun səsində həm keçmişin xatirəsi, həm bu günün reallığı, həm də sabahın bütün rəngləri var. Hər dəfə onu dinləyəndə sanki içimdə xatirələrə bir pəncərə açılır.
Nüşabə Ələsgərlinin səsi mənim üçün məhz belə səslərdəndir. Elə bir səs ki, təkcə mahnını deyil, duyğunu da oxuyur; təkcə melodiyanı deyil, xatirəni də yaşadır.


Onun sənət yolu elə uşaqlıq illərindən musiqi ilə yoğrulub. 1971-ci ildən Sumqayıt şəhər 3 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil alan gənc Nüşabə musiqinin incəliklərini o vaxtdan duymağa başlamışdı. Ardınca Musiqi Texnikumu, daha sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası... Bu pillələr təkcə təhsil mərhələləri deyil, həm də bir sənətkarın formalaşma yolunun səsli izləridir.
Səhnəyə atdığı ilk addımlar da elə musiqi qədər təbii və zərif idi. 1990–1995-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor kollektivində çalışarkən, o, səhnənin nəfəsini, ritmini, işığın və səsin birləşdiyi sehrini duydu. Elə o illərdə də solo ifaçılıq fəaliyyətinə başladı. 1994-cü ilin “Yeni il” gecəsində AzTV ekranlarından səslənən Cahangir Cahangirovun “Ay qız” mahnısı onun səsinin xalq yaddaşına köçdüyü ilk an idi.
O gündən etibarən, Nüşabə Ələsgərli adı Azərbaycan musiqi səhnəsində sevgi, zəriflik və səmimiyyətin simvoluna çevrildi. Onun ifasında hər bir mahnı bir hekayə kimi səslənir. Gah sevgini, gah həsrəti, gah da Vətən duyğusunu yaşadır.
Tale elə gətirib ki, mən də bir çox tədbirlərdə, televiziya verilişlərində onunla bir səhnəni, bir məkanı bölüşmüşəm. Hər dəfə hiss etmişəm ki, bu səs təkcə mikrofona deyil, insanın qəlbinə oxuyur. Özümü xoşbəxt sayıram ki, mənim də sözlərimə Ruslan Səfəroğlunun bəstələdiyi “Ürəyimdə nə işin var” mahnısını ifa edib. Etiraf edirəm, bu mahnı mənim üçün sadəcə bir bəstə deyil. Ürəyimin döyüntüsü, sevgimin etirafıdır.
Bu səmimiyyət, bu sənət bağllğımız səmimi dostluğa çevrilb. Nüşabə xanım mənim üçün təkcə dəyərli bir sənətkar deyil, həm də doğma bir insandır. Oğlumun toyunda öz övladının məclisidə olduğu kimi iştirak etməsi onun həm də böyük ürək sahibi, əsl dost olmasnın sübutu idi. Toy evimizə nur, səmimiyyət və unudulmaz bir xatirə gətirdi.
Bu gün Nüşabə Ələsgərli təkcə bir ifaçı kimi deyil, həm də müəllim, sənətşünas, elm adamı kimi gənclərə yol göstərir. 2018-ci ildə müdafiə etdiyi “Şəfiqə Axundova yaradıcılığının üslub xüsusiyyətləri” mövzusundakı dissertasiyası onun musiqiyə elmi baxışının da nə qədər dərin olduğunu göstərdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim kimi çalışaraq, o, səsinin sehri ilə tələbələrinin gələcəyinə işıq tutur.
Nüşabə Ələsgərlinin səsi bir məktəbdir. Duyğular məktəbi, səmimiyyət dərsi, musiqi tərbiyəsi aşılayan bir məktəb. Onun səsi səssizliyə də rəng qatır, kədəri də nurlandırır.
Və mən bir dinləyici, bir sənət dostu kimi deyirəm: səsinin vurğunu olmuşam, Nüşabə xanım.

Şərafəddin İlkin,
Şair-publisist, AYB üzvü, Prezident təqaüdçüsü,
"Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930