Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı 30 oktyabr – 1 noyabr tarixlərində “Baku Expo” Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”də öz stendi ilə təmsil olunur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan “Medinex 2025” sərgisinin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Orqan transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi, Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu və digər nümayəndələr iştirak ediblər.

Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və digər rəsmi nümayəndələr “Medinex 2025” sərgisində təmsil olunan tibb müəssisələrin stendlərini ziyarət edərək, təqdim olunan tibbi yeniliklər, müasir texnologiyalar və innovativ tibbi xidmətlər ilə yaxından tanış olublar.

Baş həkim Bəxtiyar Musayev ziyarətçilərə Hospitalın 2025-ci ildəki fəaliyyət istiqamətləri, həyata keçirilən yeniliklər, eyni zamanda Orqan transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və onun komandası tərəfindən uğurla icra olunan və Azərbaycanın səhiyyəsində böyük nailiyyət kimi qiymətləndirilən meyit donordan 6 qaraciyər və 8 böyrək transplantasiyası əməliyyatları barədə ətraflı məlumat verib.

O, bildirib ki, müasir texnologiyaları və yüksək peşəkarlığı ilə ölkə səhiyyəsində özünəməxsus yer tutan Mərkəzi Gömrük Hospitalının məqsədi vətəndaşlara beynəlxalq standartlara uyğun, keyfiyyətli və etibarlı tibbi xidmətlər göstərməkdir.

Gənc həkimlər, rezident-həkimlər və ziyarətçilər Hospitalın innovativ xidmətləri ilə yaxından tanış olub, onların sualları ətraflı cavablandırılıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərləri sərgi çərçivəsində təşkil olunmuş müxtəlif yerli və beynəlxalq tibbi şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sərginin ilk günü stend ziyarətçilərin də böyük marağına səbəb olub. Sərginin diqqət mərkəzində olan Mərkəzi Gömrük Hospitalının stendini ziyarət edən qonaqlar monitorda nümayiş olunan, hospitalın çoxşaxəli fəaliyyətini və son illərdə həyata keçirilmiş yenilikləri əks etdirən çarxları maraqla izləyiblər.

Son xəbərlər

BASQALIN GÜNƏŞİ, AYI GÖZƏLDİ... - FOTOLAR

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib

Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib

"Azərbaycan dünyada idman mərkəzlərindən birinə çevrilir" - Deputat

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Azərbaycan millisi İsrailə qalib gəldi

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031