Türkiyə beynəlxalq təhsil əlaqələrini gücləndirmək və hüquqi əsas üzərinə qurmaq məqsədilə dünyanın 125 ölkəsi ilə 350 müqavilə imzalayıb. İkili sazişlər, qardaş məktəb layihələri, təqaüd və müəllim mübadiləsi proqramları Türkiyənin regional və qlobal səviyyədə tanınmasını da artıran faktorlardandır. Milli Təhsil Nazirliyinin (MEB) rəhbərliyi ilə həyata keçirilən təhsil diplomatiyası eyni zamanda mədəni tərəfdaşlıqları gücləndirərək dünya miqyasında davamlı əlaqələrin qurulmasına da şərait yaradır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu çərçivədə, digər türkdilli ölkələr, o cümlədən Azərbaycan da daxil olmaqla Türkiyə Şimali Kipr Türk Cümhuriyyətindən (ŞKTC) Qətərə, Yunanıstandan Liviyaya, Konqodan Monqolustana qədər geniş coğrafiyada əməkdaşlıqlar və qarşılıqlı anlaşma memorandumları əsasında təhsil sahəsində fəaliyyət davam etdirilir. Bura ali və peşə təhsili sahələri də daxildir.

Türkiyənin qlobal təhsil şəbəkəsini genişləndirmək məqsədilə son iki ildə 14 ölkə ilə 16 yeni sənəd imzalanıb. Suriya ilə müəllim hazırlığı, peşəkar inkişaf və xüsusi təhsil sahələrini əhatə edən protokol imzalanıb.

Bu ilin iyun ayı etibarilə Türkiyənin 13 ölkədə 65 təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 12 mindən çox şagird təhsil alır, 679 müəllim çalışır.

1994-cü ildən bəri Türkiyə məktəbləri ilə 64 ölkədən 1 229 təhsil müəssisəsi ilə qardaş məktəb əlaqəsi qurulub. 2024–2025-ci tədris ilində 8 ölkədə 2 174 şagirdə türkcə və mədəniyyət dərsləri tədris olunub. Növbəti dövrdə bu sayın 11 ölkəyə çatdırılması planlaşdırılır.

Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031