Həyatımızda yaşadığımız maddi-mənəvi problemlər gələcək qayğısı, pozulan sinir sistemimiz bizə yuxunu haram edə bilir.

Bəzən səhərə qədər oyaq qalıb, bu düşüncələrdən qurtulmağa çalışırıq.

Yatsaq belə, qorxu ilə yerimizdən dik atılırıq. Çünki bu problemlər yuxumuzda da bizdən əl çəkmirlər. Nəticədə ya kabus görürük, ya da yuxusuzluqdan "ölürük".

Bəs bu vəziyyətdən necə qurtula bilərik?

Turaztv.az Gent.az-a istinadən sizə yuxu probleminizi həll edəcək tövsiyələri təqdim edir.

Birincisi, yatmadan öncə telefondan, şüadan uzaq durun. Sizin üçün çətin ola bilər. Amma bacararsınız! Məsələn, telefonunuzu yataq otağınıza aparmaya bilərsiniz. Bir müddət bunu təkrarlasanız, yuxu rejiminizə də müsbət təsir göstərəcək. Bir də telefonunuzu səssiz rejimə qoymağı da unutmayın.

İkincisi, otağınız tam qaranlıq olmaldır. Ən xırda işıq belə sizi narahat edə bilər. Telefonunuz yanınızdadırsa, onu ya söndürün, ya da üzü üstə yerə qoyun.

Üçüncüsü, əzələlərinizi rahatlaşdırın.

Yuxu probleminin ən əsas səbəblərindən biri bel və sümük ağrılarıdır. Yuxudan əvvəl ağrıyan nahiyələrinizi masaj edin. Ya da yatmazdan öncə çimin. İlıq su da sizi rahatlaşdıracaq.

Dördüncüsü, meditasiya edin.

Ağrılarınız fiziki olduğu kimi, psixoloji də ola bilər. Bir məsələdə stress yaşamısınızsa meditasiya üçün bir neçə dəqiqə vaxt ayırın. Yutubda bu mövzu ilə bağlı videolardan faydalana bilərsiniz.

Rahat yatmaq üçün daha bir tövsiyəmiz də var.

Yuxu saatınız qədər, oyanma vaxtınız da önəmlidir. Yuxu rejiminizi qaydasına salın. Yəni, bir sistem qurun və buna uyğun yatıb-oyanın. Hər gün eyni saatda yuxuya gedib, eyni saatda da oyanmağa çalışın. Bu rejimə həftəsonu da əməl edin.

Son olaraq yuxu probleminizin səbəbini tapmağa çalışın. Bunun üçün bir psixoloqla da danışa bilərsiniz.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930