Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə Azərbaycana gəlib.

Turaztv.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağası Şakiroğlu məlumat verib.
Ailə üzvləri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və digər dövlət xadimlərinin, Şəhidlər Xiyabanını ziyarət edib.

Onlar azad olunmuş Qarabağ torpaqlarını ziyarət edəcək, digər tədbirlərdə iştirak edəcəklər.

“Məlum səfər ölkəmizdə 2020-ci ildə təməli qoyulmuş və artıq uzun illərdir davam edən sağlam iqtidar-müxalifət münasibətinin, aparılan uğurlu siyasi dialoqun bariz nümunəsidir. Öz adımdan, rəhbərlik etdiyim partiya adından başda cənab Prezident Ilham Aliyev, çox hörmətli Birinci vitse-prezident Mehriban Aliyeva olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildirirəm”, - deyə A.Şakiroğlu deyib.

Rəsul Quliyevin qızı Xanım Hənna bildirib ki, 30 ildən sonra ailə üzvlərimlə birlikdə vətəni Azərbaycana gəliblər:

“Müstəqil Azərbaycanımızın qorunub-saxlanılmasında, güclənməsində müstəsna xidmətləri olmuş mərhum Prezidentimiz Heydər Əliyevin, həyat yoldaşı görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və digər görkəmli dövlət xadimlərinin, ziyalıların, xüsusi hörmət bəslədiyimiz digər şəxsiyyətlərin məzarlarını ziyarət etdik.

Ardınca bizlərə məğrurluq, qürur, iftixar və qələbə hisslərini yaşatmış müqəddəs şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdik.

Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir. Deməliyəm ki, dünyanın ən məşhur paytaxt şəhərlərində olmuşuq, lakin bizim paytaxtımız təkcə təmizliyi ilə deyil, zövq və gözəlliyi ilə də onların hamısından öndədir.

Başda müzəffər Ali baş komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq.”










Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031