Xəbərlər
11.10.2025, 13:48
TANRIYA MƏKTUB YAZDIM - FOTO
ƏZİZƏ AĞAHÜSEYNQIZI,
şairə
şairə
Mən bir adi bənnayam,
Ev tikirəm sözümlə.
İlhamım köməkçimdi,
Ucaldıram dözümlə.
Özülü Tanrım qurur,
Bəndlərimlə hörürəm.
Ucaldıqca söz qalam,
Gözəlliyin görürəm.
Ruhumun şirəsini,
Hecalara vururam.
Zehnimlə, zəhmətimlə,
Söz mülkümü qururam.
Çat verməsin ki, hörgü,
Təşbehini qatıram.
Duzsuz olmasın deyə,
Təyinin çox atıram.
Dədə, baba qaydası,
Yanı, üstü tərəcə.
Sözün qüdrəti ilə,
Qurub, qoşdum beləcə.
Usta qələmim oldu,
Rəndəm idi misralar.
Özüm qalmasam da bil,
Tarixdə sözüm qalar.
Pəncərəsi, qapısı,
Allaha açılan əl.
Gəraylıdı, qoşmadı,
Bir az bayatı, məsəl.
Oxuyan oxucuya,
Daldalanmağa evdi.
Məni duyan, anlayan,
Bəlkə bu damı sevdi.
Buludlansa göy üzü,
Rədifimi ətir et.
İslansan yağışından,
Sətirləri çətir et.
Bax belə yol gedirik,
Şeirimlə qol - qola.
Hərdən küsüb, inciyib,
Hərdən gəlirik yola.
Min ildir yazırlar ki,
"Göy üzü daş götürmür".
Tanrıya məktub yazdım,
Cavab gəldi: götürür.
Ev tikirəm sözümlə.
İlhamım köməkçimdi,
Ucaldıram dözümlə.
Özülü Tanrım qurur,
Bəndlərimlə hörürəm.
Ucaldıqca söz qalam,
Gözəlliyin görürəm.
Ruhumun şirəsini,
Hecalara vururam.
Zehnimlə, zəhmətimlə,
Söz mülkümü qururam.
Çat verməsin ki, hörgü,
Təşbehini qatıram.
Duzsuz olmasın deyə,
Təyinin çox atıram.
Dədə, baba qaydası,
Yanı, üstü tərəcə.
Sözün qüdrəti ilə,
Qurub, qoşdum beləcə.
Usta qələmim oldu,
Rəndəm idi misralar.
Özüm qalmasam da bil,
Tarixdə sözüm qalar.
Pəncərəsi, qapısı,
Allaha açılan əl.
Gəraylıdı, qoşmadı,
Bir az bayatı, məsəl.
Oxuyan oxucuya,
Daldalanmağa evdi.
Məni duyan, anlayan,
Bəlkə bu damı sevdi.
Buludlansa göy üzü,
Rədifimi ətir et.
İslansan yağışından,
Sətirləri çətir et.
Bax belə yol gedirik,
Şeirimlə qol - qola.
Hərdən küsüb, inciyib,
Hərdən gəlirik yola.
Min ildir yazırlar ki,
"Göy üzü daş götürmür".
Tanrıya məktub yazdım,
Cavab gəldi: götürür.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











