Xəbərlər
6.03.2024, 20:26
Dağlarda - FOTO
Dağlarda
Qayaların səngərinə vuruldum,
Qartalların şəhpərinə vuruldum,
Çaylarının qəmbərinə vuruldum,
Tufan dağım,Baba dağım,Şah dağım,
Ətəyində yaşıl xalı, yaylağım.
Dağ adamı, dağlarının vüqarı,
Bu yerlərin ən "zəngini", kübarı,
Ürəyində dağlarının qübarı,
Tufan dağım,Baba dağım,Şah dağım,
Yamacında çadırları oylağım.
Gözəl gördüm, gözəlliyin nəqşidi,
Əlçatmazdı səma kimi,ərşidi,
İlahinin bu dağlara bəxşidi,
Tufan dağım,Baba dağım,Şah dağım,
Dağ çayında muncuq daşlar çaylağım.
Göy çəmənlər göz oxşayan gülşənin,
Hər ləçəyi ətir saçan gül sənin,
Duman sənin, çiskin sənin, çən sənin,
Tufan dağım,Baba dağım,Şah dağım,
Min illərdən gəlir sənin sorağın.
Sal qayada bir dağ kəli, "ağayana",
Baxır qaya zirvəsindən hər yana,
Dırnağından qopan daşdan daş "yanır",
Tufan dağım,Baba dağım,Şah dağım,
Gözəl olur yaz gələndə növrağın.
Axşam çağı, tuş gələndə bir pəri,
Vurdu məni qara telin ənbəri,
Dedim, gözəl,mən qəribəm dur bəri,
Tufan dağım,Baba dağım,Şah dağım,
Aşiq oldum, artdı sizə marağım,
Qalar oldu beş-üç günlük qonağın!
Qartalların şəhpərinə vuruldum,
Çaylarının qəmbərinə vuruldum,
Tufan dağım,Baba dağım,Şah dağım,
Ətəyində yaşıl xalı, yaylağım.
Dağ adamı, dağlarının vüqarı,
Bu yerlərin ən "zəngini", kübarı,
Ürəyində dağlarının qübarı,
Tufan dağım,Baba dağım,Şah dağım,
Yamacında çadırları oylağım.
Gözəl gördüm, gözəlliyin nəqşidi,
Əlçatmazdı səma kimi,ərşidi,
İlahinin bu dağlara bəxşidi,
Tufan dağım,Baba dağım,Şah dağım,
Dağ çayında muncuq daşlar çaylağım.
Göy çəmənlər göz oxşayan gülşənin,
Hər ləçəyi ətir saçan gül sənin,
Duman sənin, çiskin sənin, çən sənin,
Tufan dağım,Baba dağım,Şah dağım,
Min illərdən gəlir sənin sorağın.
Sal qayada bir dağ kəli, "ağayana",
Baxır qaya zirvəsindən hər yana,
Dırnağından qopan daşdan daş "yanır",
Tufan dağım,Baba dağım,Şah dağım,
Gözəl olur yaz gələndə növrağın.
Axşam çağı, tuş gələndə bir pəri,
Vurdu məni qara telin ənbəri,
Dedim, gözəl,mən qəribəm dur bəri,
Tufan dağım,Baba dağım,Şah dağım,
Aşiq oldum, artdı sizə marağım,
Qalar oldu beş-üç günlük qonağın!
Cümşüd Aydəmir,
Xudat. 05.03.24
Xudat. 05.03.24
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













