
Xəbərlər
11.12.2023, 22:11
"Dünən,bu gün,sabahım.." Müəllif : GÜNEL TÜRKSOY - FOTO
"Dünən,bu gün,sabahım.."
Bu gün sabahıma bir məktub yazdım,
Yazdım ki, sakit gəl, səsin çıxmasın.
Gecə qurulası xəyallarım var,
Havalı küləyin vurub yıxmasın.
Bir məktub da yazdım dünənim üçün,
Dedim ki, elə get izin qalmasın.
Səni yola salan baxışlarımda,
Nə də ürəyimdə gözün qalmasın.
Bu günüm lal olub, danışmır, dinmir,
Dünəndən, sabahdan küsüb dayanıb.
Baxıb dərdlərimə günüm sabahla,
Dünən arasında susub dayanıb.
Baxıram bu günün fikirlərinə,
Deyə bilmirəm ki, çıx get başımdan.
Gah nitqim quruyur, gah dilim çaşır,
Getmir ağrılar da daş yaddaşımdan.
Hər gələn sabahım bu gündən keçib,
Dünənə çevrilib,keçmişdə qalır.
Gəlib-gedişini hey düşünürəm,
Ruhum da mənimlə xəyala dalır.
Eybi yox,nə gəlir başıma gəlsin
Dözüb hər günümə şükr eyləyərəm.
Allahın verdiyi səbri,dözümü
Düzüb hər günümə şükr eyləyərəm.
Yazdım ki, sakit gəl, səsin çıxmasın.
Gecə qurulası xəyallarım var,
Havalı küləyin vurub yıxmasın.
Bir məktub da yazdım dünənim üçün,
Dedim ki, elə get izin qalmasın.
Səni yola salan baxışlarımda,
Nə də ürəyimdə gözün qalmasın.
Bu günüm lal olub, danışmır, dinmir,
Dünəndən, sabahdan küsüb dayanıb.
Baxıb dərdlərimə günüm sabahla,
Dünən arasında susub dayanıb.
Baxıram bu günün fikirlərinə,
Deyə bilmirəm ki, çıx get başımdan.
Gah nitqim quruyur, gah dilim çaşır,
Getmir ağrılar da daş yaddaşımdan.
Hər gələn sabahım bu gündən keçib,
Dünənə çevrilib,keçmişdə qalır.
Gəlib-gedişini hey düşünürəm,
Ruhum da mənimlə xəyala dalır.
Eybi yox,nə gəlir başıma gəlsin
Dözüb hər günümə şükr eyləyərəm.
Allahın verdiyi səbri,dözümü
Düzüb hər günümə şükr eyləyərəm.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












