Xəbər verdiyimiz kimi, bu ilin əvvəlində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib.

Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Bunun üçün aidiyyəti dövlət qurumlarına təhlillərin aparılması və müvafiq siyahıların təsdiq edilməsi barədə tapşırıq verilib.

Dərslərin başlaması ilə paytaxt yollarında hər gün saatlarla davam edən tıxacların yaranır. Məktəbli avtobusları layihəsi hələlik pilot qaydada bəzi məktəblərdə tətbiq edildiyindən tıxac problemi həllini tapmayıb.

Dəyişkən iş qrafikinin tətbiqi isə bu problemin aradan qaldırılması istiqamətində atılan əsas addımlardan biri hesab olunur.

Referans xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan iqtisadçı deputat Vüqar Bayramov dəyişkən iş qrafikinin dünya təcrübəsinə əsaslandığını və effektiv olduğunu deyib:

“Təbii ki, fərqli iş qrafikinin tətbiq edilməsi bütövlükdə Dövlət Proqramının istiqamətlərindən biridir və bunun tətbiqi vacibdir. Çünki biz inkişaf edilmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, görərik ki, dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatları tətbiq olunur. O cümlədən bura təhsil müəssisələri də daxildir.

Azərbaycanda da oxşar praktikaların tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu da artıq nəzərdə tutulub. Bu, yollardakı tıxacın, sıxlığın aradan qaldırılması baxımında vacibdir. Gözlənilir ki, işə başlama və iş vaxtlarının bitmə saatları fərq bulacaq. Sözsüz ki, bu zaman standart 09:00-18:00 arası iş rejimi tətbiq olunmayacaq. Artıq müəssisənin və ya qurumun fəaliyyə göstərdiyi sektorda Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş rejimi tətbiq olunacaq. Bu, iş vaxtının uzadılması anlamına gəlmir.

İnkişaf edib ki, ölkələrin təcrübəsi göstərir ki, bu effektiv bir mexanizmdir və tətbiqi birmənalı şəkildə sıxlığa və tıxaca təsir göstərmək imkanına malikdir.

Sözsüz ki, bununla yanaşı, parlalel olaraq digər tədbirlərin də həyata keçirilməsinə ehtiyac var”.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Sahib Məmmədov də hesab edir ki, Dövlət Proqramının effektiv olması üçün bu sahədə kompleks tədbirlər görülməlidir:

“İş yerlərində qrafikin dəyişməsi tıxacların aradan qaldırılması üçün bir tədbirdir.

Təhsil müəssisələrinə gəldikdə orada qrafikini dəyişmək yox, təhsil müəssisələrinin qarşısında avtomobillərin dayanmasının qarşısını almaq lazımdır. Ən çox tıxac yaradan onlardır. Bunun qarşısı alınmasa, qrafikin fərqi yoxdur. Çünki elə məktəblər var ki, övladlarını düşürmək üçün saxlayan avtomobil sahiblərinin əlindən heç cür keçib getmək mümkün olmur”.

S.Məmmədovun fikrincə, az sayda əməkdaşı olan iş yerlərində qrafiki dəyişmək bir qədər mümkünsüz görünür. O, həmçinin bidirib ki, gələcəkdə dəyişkən iş qrafiki tətbiq edildikdə bu rejimə əməl edilməsinə nəzarət edilməsi vacibdir.

Son xəbərlər

Konfrans Liqası: “Trabzonspor” qələbə qazanıb, "Ayaks" məğlub olub

Eyni serialda rol alacaqlar

✍ Sevil Azadqızı : MÜƏLLİM ŞƏXSİYYƏTİNİN FORMALAŞDIRICI TƏSİRİ

“Ona zəng etdim, qan tökülməsi dayandı” - Netanyahu

Sel suları Alişanın evini də basdı - Foto

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏN KİMƏM? - FOTO

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

GÜLƏBƏTİN ƏTİRLİ ŞEİRLƏR...

“Sındırılmış saz, yandırılmış aşıq” kitabının təqdimatı keçirilib - FOTOLAR

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031