
Xəbərlər
2.10.2025, 21:18
Afiq Göyçəli : Yaxşılıq edib,yaman günə qalanlar.. - FOTO
Yaxşılıq edirsən qanana eylə,
Qanmaza yüz kərə,eylə nə xeyri.
Qələtdən incilər düzən birinə,
Sözün tiyəsinə,teylə nə xeyri.
Səndən ummanların dərdini oxu,
Ədəbli çiləməz kədərdən qoxu.
O qədər axmağa qızıl tac toxu,
Nəfəs qat səsinə,neylə nə xeyri.
Hər yazıq baxana inanma qəti,
Bəzilər yeyəndi yad qazan əti.
Cibdə gizlədəni hörmət,izzəti,
Qatma düz yoluna,keylə nə xeyri.
Həyat çətinləşib,qaradır yazı,
İnsanın insana ,çoxalıb nazı.
Qədir bilməyəni,qəlbi dayazı,
Oturt başda Afiq,meylə nə xeyri.
Qanmaza yüz kərə,eylə nə xeyri.
Qələtdən incilər düzən birinə,
Sözün tiyəsinə,teylə nə xeyri.
Səndən ummanların dərdini oxu,
Ədəbli çiləməz kədərdən qoxu.
O qədər axmağa qızıl tac toxu,
Nəfəs qat səsinə,neylə nə xeyri.
Hər yazıq baxana inanma qəti,
Bəzilər yeyəndi yad qazan əti.
Cibdə gizlədəni hörmət,izzəti,
Qatma düz yoluna,keylə nə xeyri.
Həyat çətinləşib,qaradır yazı,
İnsanın insana ,çoxalıb nazı.
Qədir bilməyəni,qəlbi dayazı,
Oturt başda Afiq,meylə nə xeyri.
02.10.2025...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











